Geri qayıtmaq

TamKarta komissiyasız mədaxil!

Artıq TamKart debet kartlarınıza digər bank kartlarından komissiyasız mədaxil edə biləcəksiniz. Yeniliyə əsasən, komissiyasız mədaxil aşağıdakı şərtlərlə tətbiq olunur:

  • TamKart Debet Sadə/ Gold – 1 000 AZN-dək mədaxil pulsuzdur. Mədaxil məbləği 1000 AZN-dən çox olduqda 0.5% komissiya hesablanır (AZN/USD/EUR);
  • TamKart Debet Premium/ Platinum – 5 000 AZN-dək mədaxil pulsuzdur. Mədaxil məbləği 5000 AZN-dən çox olduqda 0.5% komissiya hesablanır (AZN/USD/EUR);
  • ABB Miles Debet Standard/ Premium - 5 000 AZN-dək mədaxil pulsuzdur. Mədaxil məbləği 5000 AZN-dən çox olduqda 0.5% komissiya hesablanır (AZN/USD/EUR);

Ölkədaxili bütün ATM-lərdən bu kartlarla pulsuz nağdlaşdırma aparmaq, istənilən kartlara köçürmələr etmək olar. TamKart Classic, Standart, Gold, TamEco, TamGənc kartları ilə 7 000 manatadək, TamKart Platinumla 10 000 manatadək, TamKart Premiumla 15 000 manatadək nağdlaşdıra və kartlararası köçürmələr həyata keçirə bilərsiniz. Eyni zamanda, AZN valyutalı TamKart debet kartlarında illik qalığa 7% qazanc əldə edirsiniz.

Üstəlik, 30.09.2023-cü il tarixinədək onlayn kanallardan, həmçinin filial və stendlərdən TamKart Visa Classic, TamGənc, TamEco, TamKart MasterCard Standart debet kartlarını AZN, USD, EUR valyutaları üzrə pulsuz sifariş edə bilərsiniz.

ABB Mobile
YÜKLƏ

Saytımızda yaşadığınız təcrübəni şərh edin

1-5 ulduzla dəyərləndirin

Şərhiniz üçün təşəkkür edirik!