Geri qayıtmaq

“TamGənc” Basketbol Liqası bu komandanın qələbəsi ilə başa çatdı

ABB-nin əsas tərəfdaşlığı ilə tələbələr arasında keçirilən “TamGənc” Basketbol Liqası” başa çatıb. Liqanın qalibi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası olub.

Final qarşılaşmasında Akademiyanın tələbələri Azərbaycan Texniki Universitetinin komandasına 77 : 82 hesabı ilə qalib gəliblər. AzTU komandası Liqada 2-ci, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası 3-cü yeri tutub.

Ötən ilin sonundan start götürmüş “TamGənc” Basketbol Liqasında ölkəmizdəki 7 universitetin komandaları yarışıb.

“TamGənc” Basketbol Liqası”nın qaliblərinə mükafatların təqdimatı mərasimində Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Firudin Qurbanov və ABB-nin İdarə Heyəti sədrinin müavini Taleh Tahirli də iştirak edib.

Qeyd edək ki, “TamGənc” Basketbol Liqası” adı ABB-nin 18 - 25 yaş arasında gənclər üçün nəzərdə tutduğu TamGənc kartı ilə bağlıdır.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ