
16.05.2023 - 16.06.2023 (qeyd olunan tarixlər daxil) tarixlərində TamEco VISA kartını pulsuz sifariş edən hərkəs, Ulduzumdan 25 dəqiqə və 100 MB hədiyyə qazanacaq! Əgər sifariş etdiyiniz TamEco VISA kartı ABB-dən ilk kartınızdırsa, 10 iyul tarixinədək bütün alış-verişlərinizdən əlavə 10% keşbek qazanacaqsınız.
Sifariş edilən hər bir kart üçün ölkəmizdə bir ağac əkilir.
Kampaniyanın şərtləri:
- Kampaniya müddətində TamEco debet kartı əldə edən və müraciət zamanı yalnız Bakcell operatoruna bağlı mobil nömrəsini qeyd edən müştərilər Ulduzumdan 100 meqabayt internet və 25 danışıq dəqiqəsi hədiyyə qazanacaq.
- Kampaniya müddətində TamEco debet kartları ilə edilən nağdsız ödənişlərə görə müştərilər əlavə 10% keşbek qazanacaqlar;
- Kampaniya yeni TamEco debet kartı əldə edən müştərilərə şamil olunacaq;
- Kampaniya müddətində aktiv TamEco debet kartını yenisi ilə əvəz edən və ya TamEco debet kartına sahib olan müştərilər kampaniyaya aid edilməyəcək;
- Kampaniya dövründə bir müştəri Ulduzumdan verilən dəqiqə və meqabaytlardan bir dəfə yararlana biləcək;
- Kampaniya müddətində müştəri birdən çox kart sifariş edərsə, keşbeklər ən çox keşbek əldə olunmuş kartın balansına köçürüləcək;
- Kampaniya müddətində qazanılacaq dəqiqə və meqabaytlar kartın müraciət tarixindən sonraki həftənin bazar ertəsi günü (qeyri iş günü olduqda növbəti ilk iş günü) müştərinin mobil nömrəsinə əlavə olunacaq.
- Qazanılan keşbeklər “TamKart Visa kartlarına özəl 10% keşbek” kampaniyası bitdikdən sonra 14 iş günü ərzində müştərilərin hesabına köçürüləcək;
- Kommunal ödənişlər, mobil operator ödənişləri, vergi/gömrük, dövlət və sığorta ödənişləri, maliyyə institutlarına ödənişlər, kredit ödənişləri, KartTransfer, Unique cash, Quasi cash ödənişləri və nağdlaşdırma əməliyyatları kampaniya şərtlərinə aid edilməyəcək;
- Ləğv edilmiş ödənişlər kampaniyada nəzərə alınmayacaq;
- Kampaniya müddətində maksimal qazanıla biləcək keşbek məbləği 20 AZN-dir.