
Hörmətli müştərilər,
Avqust ayından etibarən aşağıdakı inzibati rayonların qeydiyyatında olan vətəndaşların sosial müavinətləri ABB-ə məxsus kartlarla ödəniləcək: Daşkəsən, Samux, Şəki, Ağstafa, Qəbələ, Kürdəmir, Ağdaş, Mingəçevir, Balakən, Göyçay, Qax, Nizami.
Sentyabr ayından etibarən aşağıdakı inzibati rayonların qeydiyyatında olan vətəndaşların sosial müavinətləri ABB-ə məxsus kartlarla ödəniləcək: Tovuz, İsmayıllı, Gəncə, Zaqatala, Qazax, Suraxanı, Yasamal, Göygöl, Şamaxı, Gədəbəy.
Kartları ABB-nin istənilən filial və şöbəsindən əldə edə bilərsiniz.