Geri qayıtmaq

Onlayn alış-verişlərə toplam 200 AZN ödənişə 10 AZN keşbek

ÜMUMİ MƏLUMAT:

15-31 iyul tarixlərində onlayn alış-verişlərə toplam minimal 200 AZN ödəniş edərək 10 AZN məbləğində keşbek qazanacaqsınız.

KAMPANİYA KİMLƏRƏ AİDDİR:

Kampaniya onunla bağlı məlumatı SMS və ya Push notificationla alan şəxslərə aid edilir. SMS/Push mətnində kampaniyaya aid edilən kartın son 4 rəqəmi bildirilir. Digər kartlarla edilən əməliyyatlar kampaniyaya aid deyil. Kampaniyadan hər müştəri yalnız bir dəfə yararlana bilər.

KAMPANİYAYA QOŞULMA MÜDDƏTİ:

Kampaniya şərtləri 15/07/2022 tarixindən 31/07/2022 tarixinədək keçərlidir.

QOŞULMA:

Qoşulmaq üçün SMS/Push notification-da göstərilən kartınızla qeyd olunan tarixlər arasında onlayn alış-verişlərə toplam minimal 200 AZN ödənişlər etməlisiniz. Kampaniyaya aşağıdakı əməliyyatlar daxildir:

  • Bütün onlayn alış-veriş əməliyyatları.

Kommunal, mobil operator, kredit ödənişləri, “Card to card”, mərc oyunları, quasi cash əməliyyatları kampaniyaya aid edilmir.

ƏLAVƏ MƏLUMAT:

  • Qazanılmış keşbek məbləğləri müştərilərin kart balanslarına kampaniya bitdikdən sonra 15 iş günü ərzində köçürüləcək.
  • Göstərilən tarixlər arasında onlayn alış-verişlərdə edilən bütün ödənişlər toplanır və 200 AZN, yaxud daha yüksək olduğu halda 10 AZN müştərinin balansına geri qaytarılır.
  • İkinci 200 AZN məbləğində əməliyyat sizə əlavə 10 AZN məbləğində keşbek qazandırmayacaq. Kampaniya üzrə maksimal keşbek məbləği 10 AZN təşkil edir.
  • Əgər SMS/Push notification-da qeyd edilən şəxs deyilsinizsə və ya şəxsi məlumatlarınız bank sistemində səhv qeyd edilibsə, bankla əlaqə saxlayaraq məlumatlarınızda düzəliş etdirə bilərsiniz. Bu şəkildə bankda olan yeniliklərdən və sizə özəl kampaniyalardan xəbərdar ola biləcəksiniz.
  • Xarici valyutada edilən əməliyyatlar üzrə bankın hesablama gününə olan məzənnəsinə əsasən, AZN ekvivalenti nəzərə alınacaq.
  • Ləğv edilmiş əməliyyatlar üzrə keşbek hesablanmayacaq.
ABB Mobile
YÜKLƏ