Geri qayıtmaq

Onlayn alış-verişlərə 3% keşbək hədiyyə

ÜMUMİ MƏLUMAT:

21-30 Sentyabr tarixlərində həyata keçirilən bütün onlayn alış-veriş əməliyyatlarının 3%-i kampaniya bitdikdən sonra kart balansına geri qayıdacaq.

KAMPANİYA KİMLƏRƏ AİDDİR:

Kampaniya SMS və ya Pushnotification-la kampaniya ilə bağlı məlumat alan şəxslərə aid edilir. SMS/Push mətnində kampaniyaya aid edilən kartın son 4 rəqəmi bildirilir. Digər kartlarla edilən əməliyyatlar kampaniyaya aid edilmir. Kampaniyadan hər müştəri yalnız bir dəfə yararlana bilər.

KAMPANİYAYA QOŞULMA MÜDDƏTİ:

Kampaniya şərtləri 21/09/2022 tarixindən 30/09/2022 tarixinədək keçərlidir.

QOŞULMA:

Əgər kampaniya haqqında SMS vasitəsilə məlumat almısınızsa:

  • Qoşulmaq üçün SMS–də göstərilən kartınızla qeyd olunan tarixlər aralığında kampaniya üzrə təyin edilmiş müvafiq əməliyyatı (ları) etməlisiniz.

Əgər kampaniya haqqında Push notification vasitəsilə məlumat almısınızsa:

  • Linkə daxil olaraq “Qoşul” düyməsini sıxın.

Kampaniyaya aşağıdakı əməliyyatlar daxildir:

  • bütün onlayn alış-verişlər.

Kommunal, mobil operator, kredit ödənişləri, “Card to card”, mərc oyunları, quasi cash əməliyyatları kampaniyaya aid edilmir.        

ƏLAVƏ MƏLUMAT:

  • Qazanılmış keşbək məbləğləri müştərilərin kart balanslarına kampaniya bitdikdən sonra 15 iş günü ərzində köçürüləcək.
  • Kampaniyadan qazanılacaq maksimal keşbək 30 AZN təşkil edir. Onlayn alış-veriş əməliyyatının (larının) ümumi məbləğinin 3%-i 30 AZN-dən yüksək olarsa, müştərinin qazandığı keşbək məbləği 30 AZN-lə məhdudlaşdırılır.
  • Əgər SMS/Push notification-da qeyd edilən şəxs deyilsinizsə və ya şəxsi məlumatlarınız bank sistemində səhv qeyd edilibsə, bankla əlaqə saxlayaraq məlumatlarınızda düzəliş etdirə bilərsiniz. Bu şəkildə bankda olan yeniliklərdən və sizə özəl kampaniyalardan xəbərdar ola biləcəksiniz.
  • Xarici valyutada edilən əməliyyat (lar) üzrə bankın hesablama gününə olan məzənnəsinə əsasən, AZN ekvivalenti nəzərə alınacaq.
  • Ləğv edilmiş əməliyyatlar üzrə keşbək hesablanmayacaq.
  • Müştəri təklif edilən kampaniya və "Fayda+"- da eyni kataqoriya üzrə seçim etdikdə, keşbeklər/bonuslar/millər yalnız “Fayda+”-a əsasən hesablanacaq. Müştəri müxtəlif kampaniyalarda eyni kateqoriya üzrə seçim edərsə, yalnız ilk seçdiyi kampaniyadan yararlana bilər.
ABB Mobile
YÜKLƏ