ÜMUMİ MƏLUMAT:
18-31 avqust tarixlərində mebel mağazalarında həyata keçirilən taksitli ödənişlərin 3%-i kampaniya bitdikdən sonra kart balansına geri qayıdacaq.
KAMPANİYA KİMLƏRƏ AİDDİR:
Kampaniya onunla bağlı məlumatı SMS-lə alan şəxslərə aid edilir. SMS mətnində kampaniyaya aid edilən kartın son 4 rəqəmi bildirilir. Digər kartlarla edilən əməliyyatlar kampaniyaya aid deyil. Kampaniyadan hər müştəri yalnız bir dəfə yararlana bilər.
KAMPANİYAYA QOŞULMA MÜDDƏTİ:
Kampaniya şərtləri 18/08/2022 tarixindən 31/08/2022 tarixinədək keçərlidir.
QOŞULMA:
Qoşulmaq üçün SMS-də göstərilən kartınızla qeyd olunan tarixlər arasında mebel mağazalarında taksitli ödənişlər etməlisiniz. Kampaniyaya aşağıdakı əməliyyatlar daxildir:
- bütün mebel mağazalarında taksitli ödənişlər.
ƏLAVƏ MƏLUMAT:
- Qazanılmış keşbək məbləğləri müştərilərin kart balanslarına kampaniya bitdikdən sonra 15 iş günü ərzində köçürüləcək.
- Kampaniyadan qazanılacaq maksimal keşbək 30 AZN təşkil edir. Mebel mağazalarında taksitli ödənişlərin ümumi məbləğinin 3%-i 30 AZN-dən yüksək olarsa, müştərinin qazandığı keşbək məbləği 30 AZN-lə məhdudlaşdırılır.
- Əgər SMS-də qeyd edilən şəxs deyilsinizsə və ya şəxsi məlumatlarınız bank sistemində səhv qeyd edilibsə, bankla əlaqə saxlayaraq məlumatlarınızda düzəliş etdirə bilərsiniz. Bu şəkildə bankda olan yeniliklərdən və sizə özəl kampaniyalardan xəbərdar ola biləcəksiniz.
- Xarici valyutada edilən əməliyyatlar üzrə bankın hesablama gününə olan məzənnəsinə əsasən, AZN ekvivalenti nəzərə alınacaq.
- Ləğv edilmiş əməliyyatlar üzrə keşbək hesablanmayacaq.