Geri qayıtmaq

ABB-nin restrukturizasiya planı yerli məhkəmə tərəfindən təsdiqlənib.

Bakı şəhər, Nəsimi rayon məhkəməsinin 17 avqust 2017-ci il tarixində keçirilmiş iclasında ABB-nin müvafiq müraciətinə baxılaraq, bankın xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü Restrukturizasiya Planının təsdiqlənməsinə dair qətnamə qəbul edilib. 

Məlum olduğu kimi, 18 iyul 2017-ci il tarixində ABB-nin Kreditorlarının yığıncağı keçirilmiş və səsvermənin nəticələrinə əsasən, bankın restrukturizasiya olunan öhdəliklərinin 93.9%-ə malik kreditorlar planın lehinə səs vermiş, plan “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən baxılmışdır.

Xatırladaq ki, Plana səs vermiş kreditorlar öhdəliklərlə bağlı Banka qarşı hər hansı tələblərinin qalmaması barədə müvafiq sənədi 22 avqust 2017-ci il tarixinə qədər təqdim etməlidirlər. Həmin sənədi təqdim etmiş kreditorlar təklif edilən maliyyə alətlərini 1 sentyabr 2017-ci il tarixindən əldə etmək hüququna malik olacaqlar.   

ABB Mobile
YÜKLƏ