"Faydalı keşbek" limitləri artırıldı!
“Faydalı keşbek” ilə bağlı şərtlərə dəyişiklik edilmişdir:
- “Faydalı keşbek” paketləri üzrə ay ərzində qazanıla biləcək maksimal məbləğ 100 manatdan 300 (üç yüz) manata yüksəldildi;
- “Faydalı keşbek” paketləri üzrə ay ərzində bir əməliyyat üzərindən qazanila biləcək 30 (otuz) manat maksimal məbləğ limiti aradan qaldırıldı;
- “Faydalı keşbek” paketləri üzrə ay ərzində bir kateqoriya üzrə kateqoriya faizlərinə əsasən qazanıla biləcək maksimal məbləğ 30 (otuz) manat və minimal məbləğ isə 0.01 (sıfır tam yüzdə bir) manat olaraq təyin edildi;
- Hər hansı kateqoriya üzrə müştəri maksimal keşbek məbləğini (30 AZN) qazanarsa, həmin kateqoriyanın faizindən asılı olmayaraq bundan sonrakı əməliyyatlar üzrə 1% keşbek hesablanacaq. Misal üçün: parfümeriya kateqoriyası üzrə 5% keşbek verilirsə, müştəri yeni şərtə əsasən maksimum 30 AZN keşbek qazandıqdan sonra kateqoriyanın faiz dərəcəsi 5%-dən 1%-ə düşəcək. Və müştəri 300 AZN-dək keşbek qazanmağa davam edəcək;
- Qazanılmış keşbek vəsaitlərindən mobil tətbiq daxilindəki bütün ödənişlər üzrə istifadəsinə dair müəyyən edilmiş maksimal aylıq 50 (əlli) manat məbləğ limiti ləğv olundu;
- Qazanılmış keşbek vəsaitlərinin, balans 10 (on) manat olduqdan sonra, müştərinin özünə məxsus ABB-dən kartlarına* köçürülməsi 100 manatdan 150 manata yüksəldildi.
* Pensiya, Sosial, ƏDV, Biznes/Korporativ kartları istisna olmaqla.
Dəyişikliklər martın 1-dən qüvvəyə minəcək.