ÜMUMİ MƏLUMAT:
11-31 avqust tarixlərində həyata keçirilən kafe və restoran ödənişlərinin 5%-i kampaniya bitdikdən sonra kart balansına geri qayıdacaq.
KAMPANİYA KİMLƏRƏ AİDDİR:
Kampaniya onunla bağlı məlumatı SMS və ya Push notification-la alan şəxslərə aid edilir. SMS/Push mətnində kampaniyaya aid kartın son 4 rəqəmi bildirilir. Digər kartlarla əməliyyatlar kampaniyaya aid edilmir. Kampaniyadan hər müştəri yalnız bir dəfə yararlana bilər.
KAMPANİYAYA QOŞULMA MÜDDƏTİ:
Kampaniya şərtləri 11/08/2022 tarixindən 31/08/2022 tarixinədək keçərlidir.
QOŞULMA:
Əgər kampaniya haqqında SMS vasitəsilə məlumat almısınızsa:
- Qoşulmaq üçün SMS –də göstərilən kartınızla qeyd olunan tarixlər arasında alış-veriş əməliyyatı (ları) etməlisiniz.
Əgər kampaniya haqqında Push notification vasitəsilə məlumat almısınızsa:
- Linkə daxil olaraq “Qoşul” düyməsini seçin.
Kampaniyaya aşağıdakı əməliyyatlar daxildir:
- bütün kafe və restoranlarda nağdsız ödənişlər.
ƏLAVƏ MƏLUMAT:
- Qazanılmış keşbek məbləğləri müştərilərin kart balanslarına kampaniya bitdikdən sonra 15 iş günü ərzində köçürüləcək.
- Kampaniyadan qazanılacaq maksimal keşbek 30 AZN təşkil edir. Kafe və restoranlarda edilən ödənişlərin ümumi məbləğinin 5%-i 30 AZN-dən yüksək olarsa, müştərinin qazandığı keşbek məbləği 30 AZN-lə məhdudlaşdırılır.
- Əgər SMS/Push notification-da qeyd edilən şəxs deyilsinizsə və ya şəxsi məlumatlarınız bank sistemində səhv qeyd edilibsə, Bankla əlaqə saxlayaraq məlumatlarınızda düzəliş etdirə bilərsiniz. Bu şəkildə Bankda olan yeniliklərdən və sizə özəl kampaniyalardan xəbərdar ola biləcəksiniz.
- Xarici valyutada edilən əməliyyat (lar) üzrə Bankın hesablama gününə olan məzənnəsinə əsasən, AZN ekvivalenti nəzərə alınacaq.
- Ləğv edilmiş əməliyyatlar üzrə keşbek hesablanmayacaq
- Kampaniyadan hər müştəri yalnız bir dəfə yararlana bilər.
- Müştəri təklif edilən kampaniya və "Fayda+"- da eyni kataqoriya üzrə seçim etdikdə, keşbeklər/bonuslar/millər yalnız “Fayda+”-a əsasən hesablanacaq. Müştəri müxtəlif kampaniyalarda eyni kateqoriya üzrə seçim edərsə, yalnız ilk seçdiyi kampaniyadan yararlana bilər.