ÜMUMİ MƏLUMAT:
15-31 İyul tarixlərində ilk alış-veriş əməliyyatının 3%-i kampaniya bitdikdən sonra kart balansına geri qayıdacaq.
KAMPANİYA KİMLƏRƏ AİDDİR:
Kampaniya SMS və ya Push notification-la kampaniya ilə bağlı məlumat alan şəxslərə aid edilir. SMS/Push mətnində kampaniyaya aid edilən kartın son 4 rəqəmi bildirilir. Digər kartlarla edilən əməliyyatlar kampaniyaya aid edilmir. Kampaniyadan hər müştəri yalnız ilk əməliyyatı zamanı yararlana biləcək.
KAMPANİYAYA QOŞULMA MÜDDƏTİ:
Kampaniya şərtləri 15/07/2022 tarixindən 31/07/2022 tarixinədək keçərlidir.
QOŞULMA:
Qoşulmaq üçün SMS-də göstərilən kartınızla qeyd olunan tarixlər arasında alış-veriş əməliyyatı etməlisiniz. Kampaniyaya aşağıdakı əməliyyatlar daxildir:
- bütün taksitli və taksitsiz alış-veriş və onlayn əməliyyatlar.
Kommunal, mobil operator, kredit ödənişləri, “card to card”, mərc oyunları, quasi cash əməliyyatları kampaniyaya aid edilmir.
ƏLAVƏ MƏLUMAT:
- Qazanılmış keşbək məbləğləri müştərilərin kart balanslarına kampaniya bitdikdən sonra 15 iş günü ərzində köçürüləcək.
- Kampaniyadan qazanılacaq maksimal keşbek 30 AZN təşkil edir. İlk əməliyyat məbləğinin 3%-i 30 AZN-dən yüksək olarsa, müştərinin qazandığı keşbək məbləği 30 AZN-lə məhdudlaşdırılır.
- Əgər SMS/Push notification-da qeyd edilən şəxs deyilsinizsə və ya şəxsi məlumatlarınız bank sistemində səhv qeyd edilibsə, bankla əlaqə saxlayaraq məlumatlarınızda düzəliş etdirə bilərsiniz. Bu şəkildə bankda olan yeniliklərdən və sizə özəl kampaniyalardan xəbərdar ola biləcəksiniz.
- Xarici valyutada edilən əməliyyat (lar) üzrə bankın hesablama gününə olan məzənnəsinə əsasən, AZN ekvivalenti nəzərə alınacaq.
- Ləğv edilmiş əməliyyatlar üzrə keşbek hesablanmayacaq.