Geri qayıtmaq

İlk 100 AZN ödənişə 5 AZN keşbek hədiyyə

ÜMUMİ MƏLUMAT:

5 oktyabr - 31 oktyabr tarixlərində TamKart kredit kartınızla ilk 100 AZN ödənişə 5 AZN keşbek hədiyyə qazanacaqsınız. Qazanılmış keşbək məbləği kampaniya bitdikdən sonra kart balansına geri qayıdacaq.

KAMPANİYA KİMLƏRƏ AİDDİR:

Kampaniya ABB-nin filialları, müştəri xidməti strukturlarında TamKartla bərabər broşur təqdim olunan, kampaniya ilə bağlı məlumat alan müştərilərə aid edilir. Digər kartlarla həyata keçirilən əməliyyatlar kampaniyaya aid edilmir. Kampaniyadan hər müştəri yalnız bir dəfə yararlana bilər.

KAMPANİYAYA QOŞULMA MÜDDƏTİ:

05.10.2022 – 31.10.2022

QOŞULMA:

Əgər kampaniya haqqında broşur və ya QR-kod vasitəsilə məlumat almısınızsa:

  • Qoşulmaq üçün 8937 nömrəsinə “START” sözünü göndərin.

Kampaniyaya aşağıdakı əməliyyatlar daxildir:

  • Bütün alış-veriş əməliyyatları.

Kommunal, mobil operator, kredit ödənişləri, “card to card”, mərc oyunları, quasi cash əməliyyatları kampaniyaya aid edilmir.

ƏLAVƏ MƏLUMAT:

  • Qazanılmış keşbək məbləğləri müştərilərin kart balanslarına kampaniya bitdikdən sonrakı ayın ilk 15 iş günü ərzində köçürüləcək.
  • Kampaniyadan qazanılacaq maksimal keşbək 5 AZN təşkil edir.
  • Əgər TamKartla bərabər broşur təqdim olunan ABB-nin filialları, müştəri xidməti strukturlarında kampaniya ilə bağlı məlumat alan şəxs deyilsinizsə və ya şəxsi məlumatlarınız bank sistemində səhv qeyd edilibsə, bankla əlaqə saxlayaraq məlumatlarınızda düzəliş etdirə bilərsiniz. Bu şəkildə bankda olan yeniliklərdən və sizə özəl kampaniyalardan xəbərdar ola biləcəksiniz.
  • Xarici valyutada edilən əməliyyat (lar) üzrə bankın hesablama gününə olan məzənnəsinə əsasən, AZN ekvivalenti nəzərə alınacaq.
  • Ləğv edilmiş əməliyyatlar üzrə keşbək hesablanmayacaq.
ABB Mobile
YÜKLƏ