Geri qayıtmaq

HÖP xidmətləri ABB İnternet Bankda!

ABB - HÖP ödənişləri

Artıq HÖP ödənişləri ABB İnternet Bank-da daha rahatdır!

Yeni qaydalara əsasən, 10.01.2024-cü il tarixindən etibarən Hökümət Ödəniş Portalının (HÖP) internet səhifəsi (Hökumət Ödəniş Portalı) və mobil tətbiqin fəaliyyətinin dayandırılması ilə əlaqədar HÖP xidmətləri artıq ABB İnternet Bank-a inteqrasiya edilib.

Siz də daha üstün təcrübə üçün İnternet Bank ilə vaxtınıza qənaət edin!

 

Üstünlüklər:

🔹 Ölkə üzrə yalnız ABB-nin İnternet Bank xidməti vasitəsilə bir neçə gömrük bəyannaməsi üzrə kütləvi ödənişlər bir dəfəyə həyata keçirilə bilər.
🔹 İnternet Bank vasitəsilə həyata keçirilən hər bir ödənişin təsdiqini PDF formatında da əldə etmək mümkündür.
🔹 “Bütün ödənişlər” bölməsində ödənişlərin tarixini, xidmət növünü, təsdiq statusunu, ödəniş statusunu və məbləğini nəzərdən keçirə bilərsiniz. Bundan əlavə, ödənişləri tarixinə görə ayırmaq da mümkündür.
🔹
“Hesabat” bölməsində bütün növ ödənişlər üzrə hesabat əldə edə, həm də Excel və ya CSV formatında yüklənilə bilər.

ABB Mobile
YÜKLƏ