Geri qayıtmaq

Əməkhaqqı kartınız ilə geyim mağazalarında etdiyiniz ödənişlərə 3% keşbek hədiyyə

ÜMUMİ MƏLUMAT:

11-31 avqust tarixlərində geyim mağazalarında həyata keçirilən ödənişlərin 3%-i kampaniya bitdikdən sonra kart balansına geri qayıdacaq.

KAMPANİYA KİMLƏRƏ AİDDİR:

Kampaniya SMS və ya Push notification-la kampaniya ilə bağlı məlumat alan şəxslərə aid edilir. SMS/Push mətnində kampaniyaya aid edilən kartın son 4 rəqəmi bildirilir. Digər kartlarla edilən əməliyyatlar kampaniyaya aid edilmir. Kampaniyadan hər müştəri yalnız bir dəfə yararlana bilər.

KAMPANİYAYA QOŞULMA MÜDDƏTİ:

Kampaniya şərtləri 11/08/2022 tarixindən 31/08/2022 tarixinədək keçərlidir.

QOŞULMA:

Əgər kampaniya haqqında SMS vasitəsilə məlumat almısınızsa:

  • Qoşulmaq üçün SMS –də göstərilən kartınızla qeyd olunan tarixlər arasında alış-veriş əməliyyatı (ları) etməlisiniz.

Əgər kampaniya haqqında Push notification vasitəsilə məlumat almısınızsa:

  • Linkə daxil olaraq “Qoşul” düyməsini seçin.

Kampaniyaya aşağıdakı əməliyyatlar daxildir:

  • Bütün geyim mağazaları ödənişləri.

ƏLAVƏ MƏLUMAT:

  • Qazanılmış keşbek məbləğləri müştərilərin kart balanslarına kampaniya bitdikdən sonra 15 iş günü ərzində köçürüləcək.
  • Kampaniyadan qazanılacaq maksimal keşbek 30 AZN təşkil edir. Geyim mağazalarında edilən ödənişlərin ümumi məbləğinin 3%-i 30 AZN-dən yüksək olarsa, müştərinin qazandığı keşbek məbləği 30 AZN-lə məhdudlaşdırılır.
  • Əgər SMS/Push notification-da qeyd edilən şəxs deyilsinizsə və ya şəxsi məlumatlarınız bank sistemində səhv qeyd edilibsə, Bankla əlaqə saxlayaraq məlumatlarınızda düzəliş etdirə bilərsiniz. Bu şəkildə bankda olan yeniliklərdən və sizə özəl kampaniyalardan xəbərdar ola biləcəksiniz.
  • Xarici valyutada edilən əməliyyat (lar) üzrə Bankın hesablama gününə olan məzənnəsinə əsasən, AZN ekvivalenti nəzərə alınacaq.
  • Ləğv edilmiş əməliyyatlar üzrə keşbek hesablanmayacaq.
ABB Mobile
YÜKLƏ