Şərtlər
- Dünyanın 222 ölkəsində yerləşən 400,000-dən çox məntəqə;
- Türk lirəsi (TL), avro (EUR) və ABŞ dolları (USD) valyutalarında bir neçə dəqiqə ərzində pul göndərmə və qəbul etmə imkanı;
- Köçürmənin maksimal məbləği aylıq 20,000 ABŞ dollar,
- UPT sisteminin operatoru: Aktif Bank (Türkiyə);
- Türkiyəyə IBAN ilə köçürmələr komissiyasızdır;
- Türkiyəyə ad/soyad ilə köçürmə 1,000 ABŞ dollarına qədər 3 ABŞ dolları komissiya, 1,000 USD-dən yuxarı köçürmələrdə 0.5% komissiya tətbiq olunur;
- Avropa ölkələrinə köçürmələr 3 avro komissiya ilə həyata keçirilir.
- Gürcüstana ad/soyad ilə köçürmələr məbləğdən asılı olmayaraq 3 ABŞ dolları komissiya ilə həyata keçirilir.
Qəbul edən tərəf vəsaiti Liberty Bank filiallarından əldə edə bilər;
“UPT” ilə pulu necə göndərmək olar?
- ABB mobile-da “Beynəlxalq köçürmələr” bölməsinə daxil olun.
- Köçürməni iki formada göndərə bilərsiniz:
- Hesaba;
- Ad və soyad üzrə.
- Hesaba köçürmə etmək üçün müvafiq hesab nömrəsini daxil edin və vəsaiti tam onlayn qaydada göndərin.
- Ad/soyad üzrə köçürmə zamanı isə ad, soyadını yazaraq əməliyyatı tamamlayın. Bu zaman köçürmə kodu yaranacaq və pulu qəbul edən şəxs həmin kodla vəsaiti əldə edə biləcək.
- İstəyirsinizsə, ABB-nin filial və ya şöbəsinə yaxınlaşaraq şəxsiyyət vəsiqənizi təqdim etməklə də köçürməni həyata keçirə bilərsiniz.
“UPT” ilə pulu necə almaq olar?
- ABB mobile-da “Beynəlxalq köçürmələr” bölməsinə daxil olun. Köçürmənin kodunu daxil edib vəsaitin köçürülməsini istədiyiniz kartı və ya hesabı seçərək sizə göndərilən pulu tam onlayn qaydada qəbul edin.
- ABB-nin filial və ya şöbəsinə yaxınlaşaraq şəxsiyyətinizi təsdiq edən sənədi və xüsusi kodu əməliyyatçıya təqdim edin.
Qeyd: 05.07.2022-ci il tarixindən etibarən bütün Təcili Pul Köçürmə (TPK) əməliyyatları ilə bağlı müraciət edən müştərilər yalnız R@ndevu xidməti vasitəsilə növbə götürə biləcəklər.
Tariflər