Torpaq krediti

Torpaq krediti Bakı, Sumqayıt, Abşeron ərazilərində, Gəncə, Şamaxı, Qəbələ, Quba, Qusar, Xaçmaz rayonları ərazisində maksimal məbləğ 150 000 AZN-dək olan torpaq sahəsinin əldə edilməsinə imkan verən ipoteka növüdür.

torpaq-krediti

Kimlər faydalana bilər ?

Müştəriyə tələblər

Şərtlər

Maksimal məbləğ 1

150 000 AZN

Müddət

60 ayadək

61 aydan – 120 ayadək

121 aydan – 180 ayadək

İllik faiz dərəcəsi 2

12%

14%

15%

Minimal ilkin ödəniş

30%

30%

40%

Komissiya haqqı

120 ayadək – 1%

121 aydan 180 ayadək – 1.5%

Ödəniş növü

Aylıq annuitet

Sığorta

Torpaq sahəsi Bakı, Sumqayıt və Abşeron ərazilərindən alınırsa – yalnız həyat sığortası, torpaq sahəsi regiondan alınırsa həyat sığortası və ikinci təminat qismində götürülən daşınmaz əmlakın əmlak sığortası.

Təminat

Torpaq sahəsi Bakı, Sumqayıt və Abşeron ərazilərindən alınırsa, təminat qismində həmin torpaq sahəsi girov götürülür.

Torpaq sahəsi Gəncə, Şamaxı, Qəbələ, Quba, Qusar, Xaçmaz ərazilərindən alınırsa, təminat qismində alınan torpaq sahəsi və Bakı, Abşeron və Sumqayıt ərazilərində yerləşən daşınmaz əmlak girov götürülür və əmlak sığortalanır. Bu halda KTN əmsalı hesablanarkən Bakı, Abşeron və Sumqayıt ərazisində yerləşən daşınmaz əmlakın dəyəri nəzərə alınır.

1 Kreditin məbləği təminatların cəmi likvid dəyərindən yüksək olmamalıdır.

2 İpoteka kreditinin illik faiz dərəcəsi müştərinin ümumi gəlirindən asılı olaraq dəyişə bilər.

Tez-tez verilən suallar

Torpaq krediti haqqında

  • Torpaq krediti nədir?

Torpaq krediti Bakı, Sumqayıt, Abşeron ərazilərində, Gəncə, Şamaxı, Qəbələ, Quba, Qusar, Xaçmaz rayonları ərazisində maksimal məbləğ 150 000 AZN-dək olan torpaq sahəsinin əldə edilməsinə imkan verən ipoteka növüdür.

  • Torpaq krediti məhsulunun hansı üstünlükləri var?

Minimal 30% ilkin ödənişlə, 15 ilədək müddətə, illik 12%-dən başlayan faiz dərəcəsinə malik kredit şərtləri ilə torpaq sahibi olacaqsınız.

  • Torpaq kreditini necə əldə etmək olar?

Tələb olunan sənədlərlə bağlı ilkin təhlil yekunlaşdıqdan sonra almaq istədiyiniz əmlakı Banka təqdim etməklə ABB-nin daxili vəsaiti hesabına sərfəli şərtlərlə torpaq sahibi ola bilərsiniz.

Torpaq kreditini hansı şərtlərlə rəsmiləşdirmək olar?

  • Kredit məbləğinə və müddətinə limitlər varmı?

Kredit maksimal 150 000 AZN olmaqla 15 ilədək müddətə götürülə bilər.

  • Komissiya haqqı tələb edilirmi?

Komissiya haqqı 120 ayadək – 1%, 121 aydan 180 ayadək – 1.5% təşkil edir.

  • Kreditin aylıq ödənişinə dair tələblər necədir?

Kreditin aylıq ödənişi annuitet əsaslarla həyata keçirilir.

  • Zaminlik tələbi varmı?

Zaminlik tələbi yoxdur.

  • Girov tələbi varmı?

Torpaq sahəsi Bakı, Sumqayıt və Abşeron ərazilərindən alınırsa, təminat qismində həmin torpaq sahəsi girov götürülür. Torpaq sahəsi Gəncə, Şamaxı, Qəbələ, Quba, Qusar, Xaçmaz ərazilərindən alınırsa, təminat qismində alınan torpaq sahəsi və Bakı, Abşeron və Sumqayıt ərazilərində yerləşən daşınmaz əmlak girov götürülür və əmlak sığortalanır. Bu halda KTN əmsalı hesablanarkən Bakı, Abşeron və Sumqayıt ərazisində yerləşən daşınmaz əmlakın dəyəri nəzərə alınır.

  • Alınacaq əmlaka dair hansı tələblər var?

Alınan və (və ya) ipoteka predmeti qismində çıxış edən əmlak yalnız Bakı, Sumqayıt, Abşeron ərazilərində, Gəncə, Şamaxı, Qəbələ, Quba, Qusar, Xaçmaz rayonları ərazisində yerləşməlidir.

  • Tələb olunan sənədlər hansılardır?

Şəxsiyyət vəsiqəsi, bank hesabından son 12 aylıq (minimum 6 aylıq) çıxarış və ya Elektron Hökumət Portalından arayış.

  • İş stajına dair tələb varmı?

Sonuncu iş yeri üzrə staj minimum 6 ay olmalıdır.

ABB Mobile
YÜKLƏ