Elə indi ABB Mobile yüklə, ƏDV Geri al kartını ilk dəfə aktiv et, 5 AZN dəyərində ƏDV məbləği qaytaran ilk 3000 müştərimizdən biri ol və 5 AZN də hədiyyə qazan!
ABB Mobile-ı hər kəs yükləyə bilər.
Sən də yüklə, Sən də faydalan!
Qeydiyyatdan keç və ƏDV geri al kartını ilk dəfə aktiv et.
Qəbzlərin QR kodunu oxutmaqla və ya fiskal ID-sini daxil etməklə ƏDV faizlərini geri al.
Toplanmış ƏDV faizlərindən mobil tətbiq üzərindən istədiyin kimi istifadə et.
İndi hər kəs ABB-nin mobil tətbiqini yükləməklə və ya edvgerial.ibar.az portalı vasitəsilə ƏDV geri ala bilər.
QR kodun oxudulması və ya fiskal kodun daxil edilməsi üçün daha 90 dəqiqə gözləməyə gərək yoxdur.
1. Kartlar bölməsində “ƏDV Geri al” kartı seçilir və xidmətdən istifadə qaydalarına razılıq verilir;
2. “ƏDV Geri al” portalının qeydiyyatı üçün lazımi məlumatlar təsdiqlənir;
3. Telefona gələn birdəfəlik kodla eyniləşdirmə aparılır;
4. “ƏDV Geri al” portalı üçün parol təyin edilir, bununla da “ƏDV Geri al” kartının aktivləşdirilməsi başa çatdırılır.
Mobil tətbiq və ya edvgerial.ibar.az səhifəsindən ilk dəfə qeydiyyatdan keçmiş, qaytarılan ƏDV faizi 5 AZN-ə çatan ilk 3000 müştərinin hər biri.
Kampaniya çərçivəsində qazanılmış 5 AZN vəsait müştərinin “ƏDV Geri al” kartına köçürələcəkdir.
5 AZN-ə çatan hər bir müştəri ancaq 1 (bir) dəfə qalib ola bilər.