ABB 13 oktyabr Dəmiryolu işçilərinin peşə bayramı günü münasibətilə yeni bir kampaniyaya start verib. Bankın əməkhaqqı kartı sahibi olan dəmiryolu işçiləri 22 oktyabra qədər nağd pul kreditini indi ABB-dən cəmi 16%-lik illik faiz dərəcəsi ilə əldə edə bilər.
Kreditin şərtləri:
- Məbləğ - 30 000 manatadək
- Müddət - 60 ayadək
- İllik faiz dərəcəsi - 16%-dən başlayaraq və maksimum 18%
- Zaminsiz
- Komissiyasız
Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB-nin bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Müştəri Bankın saytı vasitəsilə əvvəlcədən Randevu götürərək filiallarda krediti növbə gözləmədən əldə edə bilər. ABB-nin əməkhaqqı kart sahibləri krediti Banka gəlmədən ABB mobil tətbiqi ilə onlayn şəkildə də əldə edə bilərlər. Kredit alan hər kəsə TamKart da hədiyyə edilir.