ABB kartları ilə qatarlara təmassız keçid

Artıq ABB-yə məxsus bank kartları və ödəniş üzükləri ilə Azərbaycan Dəmir Yollarının terminallarına təmassız ödəniş edərək səyahət edə bilərsiniz.

Xidmətdən necə yararlanmaq olar?

Kart sifarişi

Veb saytımız və ya ABB Mobile-dan ABB-nin Visa kartını və ya ödəniş üzüyünü sifariş edin

Turniketdən keçid

Adi qaydada bank kartını və ya ödəniş üzüyünü turniketə yaxınlaşdırın

Biznes keçid

Biznes klassa keçid üçün terminaldan bank kartı və ya ödəniş üzüyü ilə aldığınız bileti bələdçiyə təqdim edin

Səyahətin tamamlanması

Girişdə istifadə etdiyiniz kartı/ödəniş üzüyünü turniketə yaxınlaşdıraraq çıxış edib səyahətinizi tamamlayın

İlk gedişiniz pulsuz olsun

ADY terminallarında Visa kartları ilə aparılmış ilk əməliyyat tam şəkildə sizə keşbek formasında geri qaytarılacaq

Sürətli

Kassada növbə gözləməyin

Nağdsız

Nağd puldan istifadə etmədən keçid edin

Sadə

Bir toxunuşla gediş haqqını ödəyin

Xəritə

*Bu xidmət ADY-nin 14 stansiyasında keçərlidir.

Tez-tez verilən suallar

Azərbaycan Dəmir Yollarının elektrik qatarlarında gediş haqqını təmassız şəkildə necə ödəmək olar?

  • Plastik kartı terminaldakı oxuyucuya yaxınlaşdıraraq məlumatın oxunmasını gözləməlisiniz.

Gediş haqqını hansı bankların kartları ilə ödəmək mümkündür?

  • Bankların emissiya etdiyi təmassız ödəniş funksiyasını dəstəkləyən bütün kartlarla

“İlk gediş pulsuz” kampaniyasından kimlər yararlana bilər?

  • İlk ödənişi ABB-yə məxsus təmassız ödəniş funksiyasını dəstəkləyən Visa Paywave kartı və ya ödəniş üzüyü ilə edən müştərilər ilk səyahətlərini pulsuz edə bilərlər. İlk öncə gediş haqqı məbləği müştərinin kartından məxaric olunur. Daha sonra həmin məbləğ müştərinin kartına keşbek formasında geri qaytarılır.

Gediş haqqı məbləği necə hesablanır?

  • Səyahət bitdikdən sonra sistem yoladüşmə və ünvanaçatma stansiyalarını avtomatik müəyyən edərək gediş haqqını kartın balansından silir.
  • Gediş haqqı tarifləri   və  hərəkət cədvəli ilə ADY-nin rəsmi veb səhifəsindən tanış ola bilərsiniz.

Eyni bank kartından neçə sərnişin istifadə edə bilər?

  • Hər sərnişin sahib olduğu bank kartından bir istiqamət üzrə eyni gedişdə yalnız bir dəfə istifadə edə bilər. İkinci sərnişin həmin gedişdə eyni kartdan istifadə edə bilməz.

Gediş haqqının bank kartı vasitəsilə ödənişi funksiyasından düzgun istifadə edilmədiyi halda nə baş verir?

  • a. Əgər səyahətdən sonra karta çıxış vurulmasa, növbəti dəfə bu kartla səyahət edən zaman kartın hesabından cərimə məbləği tutulacaq.
  • b. Əgər karta giriş vurulmayıb çıxış vurularsa, kartın hesabından cərimə məbləği tutulacaq.
  • c. Cərimə məbləği yola düşdüyünüz stansiyadan Abşeron dairəvi dəmiryolu xətti üzrə sonuncu stansiyaya qədərki tarifə uyğun hesablanacaq.

Cərimə məbləği nə vaxt tutulur?

  • Sistem tərəfindən turniketdə həm giriş, həm də çıxış fiksasiya olunmayıbsa, növbəti səfərə çıxarkən və ya həmin günün sonunda (hansı birinci gəlirsə), sistem cərimə məbləğini sərnişinin kart hesabından siləcək. Bu məbləğ müvafiq stansiyadan marşrut üzrə ən yüksək gediş haqqı tarifinə bərabərdir.

Sistem kartla turniketdən keçəndən az sonra çıxış edib yenidən pulsuz geri dönməyə neçə dəqiqə ərzində imkan verir?

  • Sistem turniketdən eyni stansiyada yalnız 15 dəqiqə ərzində pulsuz çıxış və dönüşə imkan verir. Bundan artıq müddətdə çıxış-dönüş edilərsə, sərnişinə cərimə hesablanacaq.

Stansiyalarda neçə növ turniket var?

  • Bakı Dəmir Yolunun stansiyalarında iki növ turniket mövcuddur: ştativlər və darvazalar. Kartı oxuduqdan sonra sistem sərnişinə keçməyə icazə verirsə, turniket açılır. Darvaza turniketlərindən keçməyə icazə verildikdə, qapı açılır. Ştativdən keçməyə icazə verildikdə, ştativ çubuğunun kilidi açılır. Hər iki halda turniket səs və işıq açılışını göstərir.
ABB Mobile
YÜKLƏ