Geri qayıtmaq

Əməkhaqqı kartı ilə toplam 500 AZN ödənişə gələn ay ilk 5 ödənişə 5% keşbek hədiyyə

ÜMUMİ MƏLUMAT:

SMS/Push mətnində qeyd edilmiş tarixlərdə əmək haqqı kartınızla toplam 500 AZN ödəniş edin, gələn ay ilk 5 ödənişə 5% keşbek hədiyyə qazanacaqsınız. Qazanılmış keşbek məbləğləri kampaniya bitdikdən sonra kart balansına geri qayıdacaq.

KAMPANİYA KİMLƏRƏ AİDDİR:

Kampaniya SMS və ya Push notification-la kampaniya ilə bağlı məlumat alan şəxslərə aid edilir. SMS/Push mətnində kampaniyaya aid edilən kartın son 4 rəqəmi bildirilir. Digər kartlarla edilən əməliyyatlar kampaniyaya aid edilmir. Kampaniyadan hər müştəri yalnız bir dəfə yararlana bilər.

KAMPANİYAYA QOŞULMA MÜDDƏTİ:

Kampaniya, sizə göndərilmiş SMS/Push mətnində qeyd edilmiş tarixlərdə keçərlidir.

QOŞULMA:

  • Qoşulmaq üçün SMS/Push notification-da göstərilən kartınızla qeyd olunan tarixlər arasında alış-veriş əməliyyatı (ları) etməlisiniz.

Kampaniyaya aşağıdakı əməliyyatlar daxildir:

  • Bütün alış-veriş əməliyyatları.

Kommunal, mobil operator, kredit ödənişləri, “card to card”, mərc oyunları, quasi cash əməliyyatları kampaniyaya aid edilmir.

ƏLAVƏ MƏLUMAT:

  • Qazanılmış keşbək məbləğləri müştərilərin kart balanslarına kampaniya bitdikdən sonraki ayın ilk 15 iş günü ərzində köçürüləcək.
  • Kampaniyadan qazanılacaq maksimal keşbək 30 AZN təşkil edir. Alış-veriş əməliyyatının (larının) ümumi məbləğinin 5%-i 30 AZN-dən yüksək olarsa, müştərinin qazandığı keşbək məbləği 30 AZN-lə məhdudlaşdırılır.
  • Əgər SMS/Push notification-da qeyd edilən şəxs deyilsinizsə və ya şəxsi məlumatlarınız bank sistemində səhv qeyd edilibsə, bankla əlaqə saxlayaraq məlumatlarınızda düzəliş etdirə bilərsiniz. Bu şəkildə bankda olan yeniliklərdən və sizə özəl kampaniyalardan xəbərdar ola biləcəksiniz.
  • Xarici valyutada edilən əməliyyat (lar) üzrə bankın hesablama gününə olan məzənnəsinə əsasən, AZN ekvivalenti nəzərə alınacaq.
  • Ləğv edilmiş əməliyyatlar üzrə keşbək hesablanmayacaq.
ABB Mobile
YÜKLƏ