ÜMUMİ MƏLUMAT:
SMS/Push mətnində qeyd edilmiş tarixlərdə həyata keçirilən klinika və aptek əməliyyatlarında hər 1 AZN ödənişə 300 Fayda kampaniya bitdikdən sonra kart balansına geri qayıdacaq.
KAMPANİYA KİMLƏRƏ AİDDİR:
Kampaniya onunla bağlı məlumatı SMS və ya Push-notification vasitəsilə alan şəxslərə aid edilir. SMS/Push mətnində kampaniyaya aid edilən kartın son 4 rəqəmi bildirilir. Digər kartlarla edilən əməliyyatlar kampaniyaya aid deyil. Kampaniyadan hər müştəri yalnız bir dəfə yararlana bilər.
KAMPANİYAYA QOŞULMA MÜDDƏTİ:
Kampaniya, sizə göndərilmiş SMS/Push mətnində qeyd edilmiş tarixlərdə keçərlidir.
QOŞULMA:
- Qoşulmaq üçün SMS/Push notification-da göstərilən kartınızla qeyd olunan tarixlər arasında əməliyyat (lar) etməlisiniz.
Kampaniyaya aşağıdakı əməliyyatlar daxildir:
- Bütün klinika və apteklər.
ƏLAVƏ MƏLUMAT:
- Qazanılmış Fayda müştərilərin kart balanslarına kampaniya bitdikdən sonra 15 iş günü ərzində köçürülür.
- Kampaniyadan qazanılacaq maksimal bonus 300,000 Fayda təşkil edir.
- Əgər SMS/Push notification-da qeyd edilən şəxs deyilsinizsə və ya şəxsi məlumatlarınız bank sistemində səhv qeyd edilibsə, bankla əlaqə saxlayaraq məlumatlarınızda düzəliş etdirə bilərsiniz. Bu şəkildə bankda olan yeniliklərdən və sizə özəl kampaniyalardan xəbərdar ola biləcəksiniz.
- Xarici valyutada edilən əməliyyatlar üzrə bankın hesablama gününə olan məzənnəsinə əsasən, AZN ekvivalenti nəzərə alınır.
- Ləğv edilmiş əməliyyatlar üzrə “Fayda” hesablanmır.
- Müştəri təklif edilən kampaniya və "Fayda+"- da eyni kataqoriya üzrə seçim etdikdə, keşbeklər/bonuslar/millər yalnız “Fayda+”-a əsasən hesablanacaq. Müştəri müxtəlif kampaniyalarda eyni kateqoriya üzrə seçim edərsə, yalnız ilk seçdiyi kampaniyadan yararlana bilər.