ÜMUMİ MƏLUMAT:
SMS/Push mətnində qeyd edilmiş tarixlərdə geyim mağazalarında həyata keçirilən əməliyyatların 5%-i kampaniya bitdikdən sonra kart balansına geri qayıdacaq.
KAMPANİYA KİMLƏRƏ AİDDİR:
Kampaniya onunla bağlı məlumatı SMS və ya Push-notification vasitəsilə alan şəxslərə aid edilir. SMS/Push mətnində kampaniyaya aid edilən kartın son 4 rəqəmi bildirilir. Digər kartlarla edilən əməliyyatlar kampaniyaya aid deyil. Müştəri sahib olduğu kartla eyni kateqoriya üzrə yalnız 1 kampaniyada iştirak edə bilər.
KAMPANİYAYA QOŞULMA MÜDDƏTİ:
Kampaniya, sizə göndərilmiş SMS/Push mətnində qeyd edilmiş tarixlərdə keçərlidir.
QOŞULMA:
Qoşulmaq üçün SMS/Push notification-da göstərilən kartınızla qeyd olunan tarixlər arasında geyim mağazalarında ödəniş etməlisiniz.
Kampaniyaya aşağıdakı əməliyyatlar daxildir:
- Bütün geyim mağazaları ödənişləri.
ƏLAVƏ MƏLUMAT:
- Qazanılmış keşbek məbləğləri müştərilərin kart balanslarına kampaniya bitdikdən sonra 15 iş günü ərzində köçürüləcək.
- Kampaniyadan qazanılacaq maksimal keşbek 30 AZN təşkil edir. Geyim mağazalarında edilən ödənişlərin ümumi məbləğinin 5%-i 30 AZN-dən yüksək olarsa, müştərinin qazandığı keşbek məbləği 30 AZN-lə məhdudlaşdırılır.
- Əgər SMS/Push notification-da qeyd edilən şəxs deyilsinizsə və ya şəxsi məlumatlarınız bank sistemində səhv qeyd edilibsə, Bankla əlaqə saxlayaraq məlumatlarınızda düzəliş etdirə bilərsiniz. Bu şəkildə bankda olan yeniliklərdən və sizə özəl kampaniyalardan xəbərdar ola biləcəksiniz.
- Xarici valyutada edilən əməliyyat (lar) üzrə Bankın hesablama gününə olan məzənnəsinə əsasən, AZN ekvivalenti nəzərə alınacaq.
- Ləğv edilmiş əməliyyatlar üzrə keşbek hesablanmayacaq.
- Müştəri təklif edilən kampaniya və "Fayda+"- da eyni kataqoriya üzrə seçim etdikdə, keşbeklər/bonuslar/millər yalnız “Fayda+”-a əsasən hesablanacaq. Müştəri müxtəlif kampaniyalarda eyni kateqoriya üzrə seçim edərsə, yalnız ilk seçdiyi kampaniyadan yararlana bilər.