Geri qayıtmaq

Elektronika mağazalarında ödənişlərə 5 qat Mil hədiyyə

ÜMUMİ MƏLUMAT:

Müştəri SMS/Push mətnində qeyd edilmiş tarixlərdə elektronika mağazalarında həyata keçirilən alış-veriş əməliyyatlarından 5 qat Mil HƏDİYYƏ qazanacaq.

KAMPANİYA KİMLƏRƏ AİDDİR:

Kampaniya onunla bağlı məlumatı SMS və ya Push-notification vasitəsilə alan şəxslərə aid edilir. SMS/Push mətnində kampaniyaya aid edilən kartın son 4 rəqəmi bildirilir. Digər kartlarla edilən əməliyyatlar kampaniyaya aid deyil. Kampaniyadan hər müştəri yalnız bir dəfə yararlana bilər.

KAMPANİYAYA QOŞULMA MÜDDƏTİ:

Kampaniya, sizə göndərilmiş SMS/Push mətnində qeyd edilmiş tarixlərdə keçərlidir.

QOŞULMA:

Qoşulmaq üçün SMS/Push notification-da göstərilən kartınızla qeyd olunan tarixlər arasında elektronika mağazalarında alış-veriş əməliyyatı etməlisiniz. Kampaniyaya aşağıdakı əməliyyatlar daxildir:

  • Elektronika mağazalarında bütün alış-veriş əməliyyatları.

ƏLAVƏ MƏLUMAT:

  • Qazanılmış millər müştərilərin kart balanslarına kampaniya bitdikdən sonra 15 iş günü ərzində köçürüləcək.
  • Kampaniyadan qazanılacaq maksimal mil sayı 2000 mil təşkil edir.
  • Əgər SMS-də qeyd edilən şəxs deyilsinizsə və ya şəxsi məlumatlarınız bank sistemində səhv qeyd edilibsə, bankla əlaqə saxlayaraq məlumatlarınızda düzəliş etdirə bilərsiniz. Bu şəkildə bankda olan yeniliklərdən və sizə özəl kampaniyalardan xəbərdar ola biləcəksiniz.
  • Xarici valyutada edilən əməliyyatlar üzrə bankın hesablama gününə olan məzənnəsinə əsasən, AZN ekvivalenti nəzərə alınacaq.
  • Ləğv edilmiş əməliyyatlar üzrə mil hesablanmayacaq.
  • Müştəri təklif edilən kampaniya və "Fayda+"- da eyni kataqoriya üzrə seçim etdikdə, keşbeklər/bonuslar/millər yalnız “Fayda+”-a əsasən hesablanacaq. Müştəri müxtəlif kampaniyalarda eyni kateqoriya üzrə seçim edərsə, yalnız ilk seçdiyi kampaniyadan yararlana bilər.
ABB Mobile
YÜKLƏ