Brendin fəlsəfəsi

Missiyamız

  • Maliyyə xidmətlərini hər kəs üçün əlçatan və əlverişli edərək;
  • Ən qabaqcıl təcrübə və yenilikləri gətirərək;
  • Biznes və insan kapitalını dəstəkləməklə ictimaiyyətimizi gücləndirərək;
  • Azərbaycan iqtisadiyyatının inkişafına və dünyaya inteqrasiyasına töhfə verərək müasir universal maliyyə qrupu kimi müştərilərimizin maliyyə ehtiyaclarını təmin etməkdir.

Brend kimliyimiz

Müasir maliyyə dünyasında etibarlı tərəfdaşınızıq.

Müasir

Biz dövrün çağırışlarını nəzərə alaraq davamlı inkişaf üçün resurslar formalaşdırırıq.

Faydalı

Biz bütün tərəfdaşlarımız üçün faydalı olmağa çalışırıq.

Universal

Biz cəmiyyətin bütün seqmentlərinin ehtiyaclarına uyğun məhsul və xidmətlər təqdim edə bilirik.

Brend kimliyi bu obrazlarla fərdiləşdirilir

ETİBARLI
İNAMLI
DAYANIQLI
İŞLƏK
PRAKTİK
SƏMİMİ

Dəyişikliyin mənası

Brend kimliyinin yenilənməsi Bankın dəyişiklik hekayəsinin davamıdır. Həyata keçirilən inkişaf layihələri ilə ABB transformasiya prosesinin yeni fazasına daxil olub. Yeni brend kimliyi gələcək nailiyyətləri adlandıraraq vahid ad altında möhkəmləndirmək niyyətindən irəli gəlir. ABB adı Bankın dəyişiklik ruhunu, gələcəklə bağlı strateji baxışını, uğurlarını, getdikcə artan marka dəyərini ifadə edir. Bu ad rəqəmsal reallıqlar dövründə brendin daha asan xatırlanmasına və rahat kommunikasiyasına da xidmət göstərir.

ABB Mobile
YÜKLƏ