ipoteka krediti kiraye evler kiraye ev almaq
Geri qayıtmaq

Kirayə yoxsa ipoteka?

ipoteka krediti

İnsanın ən böyük arzularından biri ev sahibi olmaqdır. Günümüzdə hər kəs çalışır ki, özünə aid bir evi olsun. Amma yüksək qiymətlərə görə bəzən hər kəsin birdəfəlik ödənişlə ev almaq imkanı olmur. Bu insanlar kirayədə yaşamaq və ipoteka ilə ev sahibi olmaq arasında seçim etməkdə çətinlik çəkirlər. Bu məqaləmizdə ipoteka ilə ev sahibi olmaq, yoxsa kirayədə yaşamaq seçimlərində əsas detallara toxunacağıq. 

İpoteka krediti ilə ev sahibi olmaq, yoxsa bir ömür kirayə ödəmək?

Ev sahibi olmaq istəyənləri düşündürən bir neçə sual var. İpoteka krediti ala bilərəmmi? Uzun illər ipoteka ödəyə biləcəyəmmi? 20 il kredit ödəmək uzun müddət deyilmi və s. 

Hər insan gələcəyini qarantiyaya almaq istəyir. Bir insan üçün ən önəmli investisiyalardan biri də öz şəxsi evinin olmasıdır. Kirayə evdə yaşamaq asan və rahat görünə bilər. Amma uzun müddət kirayə evdə yaşamağın heç də sərfəli olmadığını görürük. 10 il kirayədə yaşayan bir şəxsin bu müddət ərzində nələr qazandığına və itirdiyinə nəzər yetirək.

  • İlk öncə 10 il ərzində ortalama 500 AZN aylıq kirayə üçün 60 000 AZN pul ödəmiş olacaqsınız. Nəzərə alsaq ki, illər ərzində ev qiymətlərində artım olacaq və bu artım nəticəsində kirayə qiymətləri də artacaq bu zaman sizin kirayə xərcləriniz də daha çox ola bilər.
  • 10 il ərzində xərclədiyiniz məbləğ qarşılığında adınıza heç bir mülk əldə etmiş olmayacaqsınız. Lakin eyni müddətdə ipoteka krediti alsanız, 10 ilin sonunda çıxarışlı ev sahibi olacaqsınız.
  • Məlumdur ki, ev qiymətləri durmadan artır. İqtisadçılar da daşınmaz əmlaka investisiyanı həm risksiz, həm də qazanclı investisiya növü kimi qiymətləndirirlər. 70 000 AZN dəyərində olan evi 10 illik ipoteka ilə bu gün əldə etdiyinizi düşünək. 10 ilin sonunda evinizin dəyəri şərtlərdən asılı olaraq 90 000 AZN-ə qədər yüksələ bilər.  Bu zaman siz kirayə ilə müqayisədə ödədiyiniz pul qarşılığında yekunda daha yüksək dəyərli ev sahibi olacaqsınız.

Müqayisə zamanı aydın olur ki, ipoteka krediti ilə ev sahibi olmaq hər zaman daha qazanclıdır. ABB-nin hər büdcəyə uyğun ipoteka kreditlərindən birini seçərək siz də gələcəyinizə düzgün yatırım edib, ev sahibi ola bilərsiniz.

ABB Mobile
YÜKLƏ