Geri qayıtmaq

Bank və onun törəmə müəssisələrinin ("Qrup"un) 2023-2025-ci illər üzrə yarımillik və illik maliyyə göstəriciləri üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının MHBS-yə uyğun audit baxışının və auditinin keçirilməsi xidmətlərinin satın alınması

 “ABB” Açıq Səhmdar Cəmiyyəti

AÇIQ TENDER ELAN EDİR

Tenderin adı: “ABB” Açıq Səhmdar Cəmiyyəti tərəfindən bank və onun törəmə müəssisələrinin (“Qrup”un) 2023-cü, 2024-cü və 2025-ci illər üzrə yarımillik və illik maliyyə göstəriciləri üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartları uyğun audit baxışının və auditinin keçirilməsi xidmətlərinin satın alınması

Tenderin elan tarixi: 18.04.2023

Tender 1 lot üzrə keçirilir.

Tender iştirakçılarından tələb olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

 

Tenderdə iştirak etmək istəyən şirkətlərin xidmət göstərən sahə üzrə ən azı 3 (üç) il iş fəaliyyəti olması tələb olunur.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

 

İştirak haqqı:

Lot – 1 üzrə 500 (beş yüz) manat

 

BANKIN ADI:        ABB

VÖEN :                 9900001881

KOD:                    805250

SWIFT:                 IBAZAZ2X

M/h:                      AZ03NABZ01350100000000002944

H/h:                      AZ12IBAZ34501019440000100100    AZN

H/h:                      AZ33IBAZ34511018400000100100    USD  

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirakçılar Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvandan (Əlaqələndirici şəxs: Ülkər Şükürova, telefon: 012 4930091, daxili 8212, elektron poçt ünvanı: tender@abb-bank.az) ala bilərlər.

 

 Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

  • tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);
  • tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  • tender təklifi (tender zərflərinin açıldığı tarixdən (01 may 2023-cü il) sonra azı 30 (otuz) bank günü (yəni ən azı 14 iyun 2023-cü il tarixinədək) qüvvədə olmalıdır;
  • tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətinin sonuncu günündən azı 30 bank günü çox olmalıdır (yəni ən azı 31 iyul 2023-cü il tarixinədək qüvvədə olmalıdır);
  • iddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış;
  • iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  • iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı;
  • iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
  • iddiaçının öz mülahizəsinə uyğun digər sənədlər;
  • iddiaçı qeyri-rezident olduğu halda qeyri-rezident hesab edilən iddiaçının vergi rezidentliyini müəyyən etmək məqsədi ilə həmin şəxslər vergi rezidentliyini təsdiq edən sənədi (sertifikatı) təqdim etməlidir.

 

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 26 aprel 2023-cü il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 28 aprel 2023-cü il saat 17:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

 

İddiaçıların təklifləri 01 may 2023-cü il saat 16:00-da Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. İştirak edən nümayəndələr səlahiyyətlərini təsdiq edən sənədi (etibarnamə) mütləq şəkildə təqdim etməlidirlər.

Tender Komissiyası

ABB Mobile
YÜKLƏ