“ABB” ASC tərəfindən Radio və TV kanallarında reklam çarxlarının yerləşdirilməsi xidmətinin satın alınmasına dair keçirilmiş açıq tender proseduru nəticəsində “Havas Media Azərbaycan” MMC və “UNİVERSAL MCCANN” MMC qalib seçilmişdir.
Satınalma Komissiyası tərəfindən “Havas Media Azərbaycan” MMC ilə (VÖEN: 1401810581) ƏDV daxil olmaqla 1,362,000.00 (bir milyon üç yüz altmış iki min) manat və “UNİVERSAL MCCANN” MMC ilə (VÖEN: 1701246431) ƏDV daxil olmaqla 1,362,000.00 (bir milyon üç yüz altmış iki min) manat məbləğində müqavilələrin imzalanmasına qərar verilmişdir.