Geri qayıtmaq

Bank tərəfindən kompüter avadanlıqlarının satın alınması

“ABB” ASC tərəfindən kompüter avadanlıqlarının satın alınmasına dair keçirilmiş açıq tender proseduru nəticəsində yerlərin "Bestcomp Group" QSC (VÖEN 1300141651), "Azerbaijan Technologies" firması (VÖEN 1700339901) və "Ultra Technologies" MMC (VÖEN 4600021491) şirkətləri arasında bölünməsinə qərar verilmişdir.

Satınalma Komissiyası tərəfindən qaliblərdən “Bestcomp Group” QSC ilə 619,087.00 (altı yüz on doqquz min səksən yeddi) manat, “Azerbaijan Technologies” firması ilə 163,553.19 (bir yüz altmış üç min beş yüz əlli üç manat, 19 qəpik) manat və “Ultra Technologies” MMC ilə 112,159.00 (bir yüz on iki min yüz əlli doqquz) manat məbləğində müqavilələrin imzalanmasına qərar verilmişdir.

ABB Mobile
YÜKLƏ