“ABB” ASC tərəfindən inzibati binalarda quraşdırılmış elektrik avadanlıqlarının mühafizə torpaqlayıcı konturlarının müqavimətlərinin və kabellərin izolyasiya müqavimətlərinin ölçülməsi işlərinin satın alınmasına dair keçirilmiş kotirovka sorğusu proseduru nəticəsində "Storm-Engineering" MMC qalib seçilmişdir.
Satınalma Komissiyası tərəfindən qaliblə (VÖEN: 2006903391) ƏDV daxil olmaqla 45,000.00 (qırx beş min) manat məbləğində müqavilə imzalanmasına qərar verilmişdir.