“ABB” ASC tərəfindən bankın struktur bölmələrində istismar olunan generatorlara texniki xidmət və təmir işlərinin satın alınmasına dair keçirilmiş kotirovka sorğusu proseduru nəticəsində “Nobel Elektrik” MMC qalib seçilmişdir.
Satınalma Komissiyası tərəfindən qaliblə (VÖEN: 1502938961) ƏDV daxil olmaqla 70,000 (yetmiş min) manat məbləğində müqavilə imzalanmasına qərar verilmişdir.