Geri qayıtmaq

Aviabilet və otel ödənişlərinə 3% keşbək  

ÜMUMİ MƏLUMAT:

18-31 avqust tarixlərində həyata keçirilən aviabilet və otel ödənişlərinin 3%-i kampaniya bitdikdən sonra kart balansına geri qayıdacaq.

KAMPANİYA KİMLƏRƏ AİDDİR:

Kampaniya onunla bağlı məlumatı SMS-lə alan şəxslərə aid edilir. SMS mətnində kampaniyaya aid edilən kartın son 4 rəqəmi bildirilir. Digər kartlarla edilən əməliyyatlar kampaniyaya aid deyil. Kampaniyadan hər müştəri yalnız bir dəfə yararlana bilər.

KAMPANİYAYA QOŞULMA MÜDDƏTİ:

Kampaniya şərtləri 18/08/2022 tarixindən 31/08/2022 tarixinədək keçərlidir.

QOŞULMA:

Qoşulmaq üçün SMS-də göstərilən kartınızla qeyd olunan tarixlər arasında aviabilet və otel ödənişləri etməlisiniz. Kampaniyaya aşağıdakı əməliyyatlar daxildir:

  • bütün aviabilet və otel ödənişləri.

ƏLAVƏ MƏLUMAT:

  • Qazanılmış keşbək məbləğləri müştərilərin kart balanslarına kampaniya bitdikdən sonra 15 iş günü ərzində köçürüləcək.
  • Kampaniyadan qazanılacaq maksimal keşbək 30 AZN təşkil edir. Aviabilet və otel ödənişlərinin ümumi məbləğinin 3%-i 30 AZN-dən yüksək olarsa, müştərinin qazandığı keşbək məbləği 30 AZN-lə məhdudlaşdırılır.
  • Əgər SMS-də qeyd edilən şəxs deyilsinizsə və ya şəxsi məlumatlarınız bank sistemində səhv qeyd edilibsə, bankla əlaqə saxlayaraq məlumatlarınızda düzəliş etdirə bilərsiniz. Bu şəkildə bankda olan yeniliklərdən və sizə özəl kampaniyalardan xəbərdar ola biləcəksiniz.
  • Xarici valyutada edilən əməliyyatlar üzrə bankın hesablama gününə olan məzənnəsinə əsasən, AZN ekvivalenti nəzərə alınacaq.
  • Ləğv edilmiş əməliyyatlar üzrə keşbək hesablanmayacaq.
ABB Mobile
YÜKLƏ