ÜMUMİ MƏLUMAT:
21-30 sentyabr tarixlərində həyata keçirilən alış-veriş əməliyyatlarının 3%-i kampaniya bitdikdən sonra kart balansına geri qayıdacaq.
KAMPANİYA KİMLƏRƏ AİDDİR:
Kampaniya onunla bağlı məlumatı SMS-lə alan şəxslərə aid edilir. SMS mətnində kampaniyaya aid kartın son 4 rəqəmi bildirilir. Digər kartlarla edilən əməliyyatlar kampaniyaya aid deyil. Kampaniyadan hər müştəri yalnız bir dəfə yararlana bilər.
KAMPANİYAYA QOŞULMA MÜDDƏTİ:
Kampaniya şərtləri 21/09/2022 tarixindən 30/09/2022 tarixinədək keçərlidir.
QOŞULMA:
Qoşulmaq üçün SMS-də göstərilən kartınızla qeyd olunan tarixlər arasında alış-veriş əməliyyatı etməlisiniz. Kampaniyaya aşağıdakı əməliyyatlar daxildir:
- bütün alış-veriş əməliyyatları.
Kommunal, mobil operator, kredit ödənişləri, “Card to card”, mərc oyunları, quasi cash əməliyyatları kampaniyaya aid edilmir.
ƏLAVƏ MƏLUMAT:
- Qazanılmış keşbək məbləğləri müştərilərin kart balanslarına kampaniya bitdikdən sonra 15 iş günü ərzində köçürüləcək.
- Kampaniyadan qazanılacaq maksimal keşbək 30 AZN təşkil edir. Alış-veriş əməliyyatlarının ümumi məbləğinin 3%-i 30 AZN-dən yüksək olarsa, müştərinin qazandığı keşbək məbləği 30 AZN-lə məhdudlaşdırılır.
- Əgər SMS-də qeyd edilən şəxs deyilsinizsə və ya şəxsi məlumatlarınız bank sistemində səhv qeyd edilibsə, bankla əlaqə saxlayaraq məlumatlarınızda düzəliş etdirə bilərsiniz. Bu şəkildə bankda olan yeniliklərdən və sizə özəl kampaniyalardan xəbərdar ola biləcəksiniz.
- Xarici valyutada edilən əməliyyatlar üzrə bankın hesablama gününə olan məzənnəsinə əsasən, AZN ekvivalenti nəzərə alınacaq.
- Ləğv edilmiş əməliyyatlar üzrə keşbək hesablanmayacaq.