Geri qayıtmaq

ABB terminallarında daha çox keşbək!

ABB terminallarında daha çox keşbək!

Ticarət və xidmət məkanlarında, eləcə də elektron ticarət zamanı ödənişləri TamKartla və məhz ABB-nin POS terminalları, yaxud elektron ticarət terminalları ilə aparmaq indi daha da sərfəlidir. Müştərilər ABB-nin POS terminallarında TamKart kredit kartı ilə birdəfəlik ödənişlər edəndə 3% keşbək qazanırlar. Bu, ABB-nin elektron ödəniş terminalları ilə aparılan ödənişlərə də aiddir. Digər banklara aid POS terminallar və elektron ticarət vasitəsilə birdəfəlik ödənişlər zamanı isə müştəriyə 1% keşbək verilir. Eyni kartla ay ərzində qazanılan maksimal keşbək məbləği 300 manatdır.  

 TamKart eyni vaxtda həm debet, həm də kredit kartı funksiyasını özündə birləşdirən kombo kartdır. Bu kart müştərilərə bankla tərəfdaş məkanlarda 24 ayadək hissə-hissə ödəniş və keşbək imkanları yaradır. Həmçinin 60 günədək güzəşt müddəti verir. Üstəlik, ABB-nin ATM-lərində TamKart debitlə nağdlaşdırmaya görə heç bir komissiya haqqı tutulmur. TamKartın üstünlükləri haqqında ətraflı məlumatları buradan əldə etmək və kartı onlayn sifariş vermək olar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ