
ABB mobile istifadəçiləri üçün əyləncəli və bilik üzərində qurulmuş yeni layihəyə start verib. İndi ABB mobile istifadəçiləri hər gün sualları cavablandıraraq xal toplayır və müxtəlif hədiyyələr qazanmaq imkanı əldə edirlər.
Necə iştirak etmək olar?
- İlk öncə ABB mobile yükləyin, əgər tətbiqiniz varsa yeniləyin.
- Sənə özəl bölməsindən ABB Play-i aktivləşdirin və oyuna başlayın.
- ABB Play-də hər gün 3 sual təqdim olunur.
- İstifadəçi hər düzgün cavaba görə xal qazanır.
- Sualın cavablandırılmasına 1 dəqiqə vaxt ayrılır. Nə qədər tez cavab versəniz, bir o qədər çox xal qazanırsınız.
- İstifadəçi gündə maksimum 180 xal qazana bilər.
Məsələn, suala 20 saniyə ərzində cavab verən istifadəçi 40 xal, 40 saniyə ərzində cavab verən isə 20 xal əldə edir.
Cavab vaxtı saniyənin mində biri dəqiqliklə hesablanır (məsələn: 2.45 saniyə = 2.45 xal).
Qaydalar və şərtlər
- Hər ayın sonunda ən çox xal toplamış 300 iştirakçı qalib elan olunacaq.
- Ardıcıl 3 gün iştirak edənlər üçün əlavə əyləncə funksiyası – “Matching Card” yaddaş oyunu aktiv olacaq. Bu oyun xal qazandırmır, yalnız əyləncə məqsədi daşıyır.
- Ədalətli rəqabət üçün ilk 5 yerin qalibi növbəti 6 oyun ərzində müsabiqədə iştirak edə bilsə də, mükafatların sahibi ola bilməyəcək.
- İstifadəçilər liderlər cədvəlini izləyərək öz mövqelərini və rəqiblərini görə bilərlər.