Geri qayıtmaq

ABB mobile tətbiqi vasitəsilə həyata keçirilən avtomatik ödənişlərə 5% keşbək

ÜMUMİ MƏLUMAT:

15-31 İyul tarixlərində ABB mobile tətbiqi vasitəsilə avtomatik ödənişlərə abunə olduqda, növbəti 3 ay ərzində həyata keçirilən avtomatik ödənişlərin 5%-i kart balansına geri qayıdacaq.

KAMPANİYA KİMLƏRƏ AİDDİR:

Kampaniya SMS və ya Push notification-la kampaniya ilə bağlı məlumat alan şəxslərə aid edilir. SMS/Push mətnində kampaniyaya aid edilən kartın son 4 rəqəmi bildirilir. Digər kartlarla edilən əməliyyatlar kampaniyaya aid edilmir. Kampaniyadan hər müştəri yalnız bir dəfə yararlana bilər.

KAMPANİYAYA QOŞULMA MÜDDƏTİ:

Avtomatik ödənişlərə abunə olmaq müddəti: 15/07/2022 tarixindən 31/07/2022 tarixinədək;

Abunə olan müştərilərin keşbək əldə etmək müddəti: 2022-ci ilin Avqust ayında həyata keçirilən ödənişlər üzrə 2022-ci ilin Sentyabr ayında, 2022-ci ilin Sentyabr ayında həyata keçirilən ödənişlər üzrə 2022-ci ilin Oktyabr ayında, 2022-ci ilin Oktyabr ayında həyata keçirilən ödənişlər üzrə 2022-ci ilin Noyabr ayında.

QOŞULMA:

Qoşulmaq üçün SMS/Push notification-da göstərilən kartınızla qeyd olunan tarixlər arasında avtomatik ödənişlərə abunə olmalısınız. Kampaniyaya aşağıdakı əməliyyatlar daxildir:

  • ABB mobile tətbiqi vasitəsilə həyata keçirilən bütün avtomatik ödənişlər.

ƏLAVƏ MƏLUMAT:

  • Qazanılmış keşbək məbləğləri müştərilərin kart balanslarına kampaniya bitdikdən sonra (Avqust ayı ərzində keşbək ödənişi nəzərdə tutulmayıb) hər növbəti ayın 15 iş günü ərzində köçürüləcək. Son keşbək ödənişi 2022-ci ilin Noyabr ayında həyata keçiriləcək.
  • Kampaniyadan qazanılacaq maksimal keşbək 30 AZN təşkil edir. Avtomatik ödənişlərin ümumi məbləğinin 5%-i 30 AZN-dən yüksək olarsa, müştərinin qazandığı keşbək məbləği 30 AZN-lə məhdudlaşdırılır.
  • Əgər SMS/Push notification-da qeyd edilən şəxs deyilsinizsə və ya şəxsi məlumatlarınız bank sistemində səhv qeyd edilibsə, bankla əlaqə saxlayaraq məlumatlarınızda düzəliş etdirə bilərsiniz. Bu şəkildə bankda olan yeniliklərdən və sizə özəl kampaniyalardan xəbərdar ola biləcəksiniz.
  • Xarici valyutada edilən əməliyyat (lar) üzrə bankın hesablama gününə olan məzənnəsinə əsasən, AZN ekvivalenti nəzərə alınacaq.
  • Ləğv edilmiş əməliyyatlar üzrə keşbək hesablanmayacaq.
ABB Mobile
YÜKLƏ