ÜMUMİ MƏLUMAT:
SMS/Push/Sənə özəl mətnində qeyd edilmiş tarixlərdə ABB kartınızla ABB mobileda kommunal, internet, mobil və TV kateqoriyaları üzrə birdəfəlik və ya toplam olaraq
- 20 AZN-dək olan ödənişlərə 3%; (20 AZN daxil)
- 20 – 50 AZN arası olan ödənişlərə 4%; (50 AZN daxil)
- 50 – 100 AZN arası olan ödənişlərə 5% (100 AZN daxil)
keşbek qazanılacaq.
KAMPANİYA KİMLƏRƏ AİDDİR:
- Yalnız ABB mobile tətbiqində qeydiyyatı olan şəxslərə aid edilir.
- Kampaniya SMS və ya Push notification-la kampaniya ilə bağlı məlumat alan şəxslərə aid edilir.
- Digər bank kartları və ƏDV geri al kartları ilə edilən əməliyyatlar kampaniyaya aid edilmir.
- Kampaniyadan hər bir müştəri yalnız bir dəfə yararlana bilər.
KAMPANİYAYA QOŞULMA MÜDDƏTİ:
Kampaniya, sizə göndərilmiş SMS/Push/Sizə özəl mətnində qeyd edilmiş tarixlərdə keçərlidir.
QOŞULMA:
- Qoşulmaq üçün ABB kartınızla ABB mobile-da Kommunal, İnternet, Mobil və ya TV kateqoriyaları üzrə ödəniş etməlisiniz.
ƏLAVƏ MƏLUMAT:
- Qazanılmış keşbek məbləğləri müştərilərin kart balanslarına kampaniya bitdikdən sonra 15 iş günü ərzində köçürüləcək.
- Kampaniyadan qazanılacaq maksimal keşbek 5 AZN təşkil edir.
- Əgər SMS/Push/ Sizə özəl mətnində qeyd edilən şəxs deyilsinizsə və ya şəxsi məlumatlarınız bank sistemində səhv qeyd edilibsə, bankla əlaqə saxlayaraq məlumatlarınızda düzəliş etdirə bilərsiniz. Bu şəkildə bankda olan yeniliklərdən və sizə özəl kampaniyalardan xəbərdar ola biləcəksiniz.
- Xarici valyutada edilən əməliyyat (lar) üzrə bankın hesablama gününə olan məzənnəsinə əsasən, AZN ekvivalenti nəzərə alınacaq.
- Ləğv edilmiş əməliyyatlar üzrə keşbek hesablanmayacaq.