Geri qayıtmaq

ABB mobile-da gənclərə özəl – FaydaMania!

ABB mobile-da gənclərə özəl – FaydaMania!

Gənclər üçün ABB mobile-da qazandıran bir yenilik var! FaydaMania ilə gənclər hədəflərinə çatıb keşbeklər, promokodlar və biletlər qazana biləcəklər.

FaydaMania nədir?
ABB mobile tətbiqində gənc müştərilər üçün yaradılmış loyallıq proqramıdır. Gündəlik sadə tapşırıqları tamamlayaraq faydalı mükafatlar qazanmaq şansınız olacaq.

Kimlər iştirak edə bilər?
18-29 yaş aralığında olan bütün ABB müştəriləri FaydaMania-da iştirak edə bilərlər.

Mükafatlar:
Artırılmış keşbek məbləğləri;
Partnyor şirkətlərdən promokodlar;
Kinoya, tədbirlərə və digər məkanlara biletlər.

FaydaMania-ya qoşulmaq üçün 3 sadə addım kifayətdir:
1. ABB Mobile tətbiqinə daxil olun;
2. "Sənə özəl" bölməsinə keçin;
3. "Bütün təkliflərin" bölməsinə klikləyərək tapşırıqlarla tanış olun.


Hədəflərinə çatdıqdan sonra qazandığınız mükafatı qəbul edərək istifadə üçün aktivləşdirirsiniz. Bəzi hədəflər üçün 14 günədək gözləmə müddəti tətbiq olunur. Bu müddət ərzində dövriyyə geri qaytarılmazsa, mükafatınız aktivləşir. Eyni anda aktiv olan bütün hədəflərə çata bilərsiniz.

İndi başla!

 

ABB Mobile
YÜKLƏ