Geri qayıtmaq

ABB Miles kartı ilə yanacaqdoldurma məntəqələrində etdiyiniz ödənişlərə 5 qat mil qazanın

ÜMUMİ MƏLUMAT:

11-31 avqust tarixlərində ABB Miles kartınızla yanacaqdoldurma məntəqələrində (YDM) etdiyiniz ödənişlərə 5 qat mil qazanacaqsınız.

KAMPANİYA KİMLƏRƏ AİDDİR:

Kampaniya onunla bağlı məlumatı SMS və ya Push notification-la alan şəxslərə aid edilir. SMS/Push mətnində kampaniyaya aid edilən kartın son 4 rəqəmi bildirilir. Digər kartlarla edilən əməliyyatlar kampaniyaya aid deyil. Kampaniyadan hər müştəri yalnız bir dəfə yararlana bilər.

KAMPANİYAYA QOŞULMA MÜDDƏTİ:

Kampaniya şərtləri 11/08/2022 tarixindən 31/08/2022 tarixinədək keçərlidir.

QOŞULMA:

Əgər kampaniya haqqında SMS vasitəsilə məlumat almısınızsa:

  • Qoşulmaq üçün SMS –də göstərilən kartınızla qeyd olunan tarixlər arasında alış-veriş əməliyyatı (ları) etməlisiniz.

Əgər kampaniya haqqında Push notification vasitəsilə məlumat almısınızsa:

  • Linkə daxil olaraq “Qoşul” düyməsini seçin.

Kampaniyaya aşağıdakı əməliyyatlar daxildir:

  • Bütün YDM-lərdə nağdsız ödənişlər.

ƏLAVƏ MƏLUMAT:

  • Qazanılmış millər müştərilərin mil balanslarına kampaniya bitdikdən sonra 15 iş günü ərzində köçürüləcək.
  • Kampaniyadan qazanılacaq maksimal bonus 2,000 Mil təşkil edir.
  • Əgər SMS-də qeyd edilən şəxs deyilsinizsə və ya şəxsi məlumatlarınız bank sistemində səhv qeyd edilibsə, Bankla əlaqə saxlayaraq məlumatlarınızda düzəliş etdirə bilərsiniz. Bu şəkildə Bankda olan yeniliklərdən və sizə özəl kampaniyalardan xəbərdar ola biləcəksiniz.
  • Xarici valyutada edilən əməliyyatlar üzrə Bankın hesablama gününə olan məzənnəsinə əsasən, AZN ekvivalenti nəzərə alınacaq.

Ləğv edilmiş əməliyyatlar üzrə mil hesablanmayacaq.

ABB Mobile
YÜKLƏ