ÜMUMİ MƏLUMAT:
SMS/Push mətnində qeyd edilmiş tarixlərdə 3 fərqli ticarət obyektində ən az 20 AZN ödəniş edin, minimal ödənişinizə 5 qat mil qazanın. Qazanılmış mil kampaniya bitdikdən sonra kart balansına geri qayıdacaq.
KAMPANİYA KİMLƏRƏ AİDDİR:
Kampaniya onunla bağlı məlumatı SMS və ya Push-notification vasitəsilə alan şəxslərə aid edilir. SMS/Push mətnində kampaniyaya aid edilən kartın son 4 rəqəmi bildirilir. Digər kartlarla edilən əməliyyatlar kampaniyaya aid deyil. Müştəri sahib olduğu kartla eyni kateqoriya üzrə yalnız 1 kampaniyada iştirak edə bilər.
KAMPANİYAYA QOŞULMA MÜDDƏTİ:
Kampaniya, sizə göndərilmiş SMS/Push mətnində qeyd edilmiş tarixlərdə keçərlidir.
QOŞULMA:
Qoşulmaq üçün SMS/Push-da göstərilən kartınızla qeyd olunan tarixlər arasında alış-veriş əməliyyatı etməlisiniz.
Kampaniyaya aşağıdakı əməliyyatlar daxildir:
- bütün alış-veriş əməliyyatları. Kommunal, mobil operator, kredit ödənişləri, “Card to card”, mərc oyunları, quasi cash əməliyyatları kampaniyaya aid edilmir.
ƏLAVƏ MƏLUMAT:
- Qazanılmış millər müştərilərin mil balanslarına kampaniya bitdikdən sonra 15 iş günü ərzində köçürüləcək.
- Kampaniyadan qazanılacaq maksimal bonus 2,000 Mil təşkil edir. Alış-veriş əməliyyatlarının ümumi məbləğinin 5 qatı 2,000 Mildən yüksək olarsa, müştərinin qazandığı bonus 2,000 Mil ilə məhdudlaşdırılır.
- Əgər SMS/Push notification-da qeyd edilən şəxs deyilsinizsə və ya şəxsi məlumatlarınız bank sistemində səhv qeyd edilibsə, Bankla əlaqə saxlayaraq məlumatlarınızda düzəliş etdirə bilərsiniz. Bu şəkildə Bankda olan yeniliklərdən və sizə özəl kampaniyalardan xəbərdar ola biləcəksiniz.
- Xarici valyutada edilən əməliyyatlar üzrə Bankın hesablama gününə olan məzənnəsinə əsasən, AZN ekvivalenti nəzərə alınacaq.
- Ləğv edilmiş əməliyyatlar üzrə mil hesablanmayacaq.