
İndi Siz və sizinlə birlikdə bir şəxs 31 dekabr 2025 tarixinədək “1+1” kampaniyasından yararlana biləcəksiniz. Yəni istirahətinizi daha da komfortlu etmək üçün hava limanında Fast Track və Lounge zonalara girişdə bir yaxınınız da Sizinlə birlikdə bu xidmətlərdən istifadə edə biləcək. İstədiyiniz insanla birlikdə səyahət və istirahətdən zövq almağın indi tam zamanıdır.
Fast Track və Lounge zallara giriş
ABB-AZAL Miles Visa Platinum kartı ilə il ərzində 10 dəfə, ABB-AZAL Miles Visa Infinite kartı ilə isə limitsiz olaraq Fast Track və Lounge zallara giriş xidmətindən yararlana bilərsiniz. Kampaniya müddətində bu xidmətdən sizinlə yanaşı sizi müşahidə edən 1 nəfər də istifadə edə bilər.
Fürsətlərdən necə yararlanmaq olar?
FastTrack 1+1 xidmətindən istifadə üçün:
Visa Telegram çat-botunda “Visa Travel” → “Airport Services” bölməsinə keçin. “FastTrack Services” xidmətinə keçib, “Fastline in Baku” və ya “FastTrack International” seçin. Kartınızı seçərək, xidmətdən tək istifadə üçün “Yalnız mənim üçün”, qonaqla birlikdə keçmək üçün “+1 qonaq” düyməsini klikləyin və QR kodu əldə edib, istifadə zamanı təqdim edin.
Lounge zallar 1+1 xidmətindən istifadə üçün:
Visa Telegram çat-botunda “Visa Travel” → “Airport Services” → “Airport Lounges” bölməsinə keçin. QR kodu əldə edin və Lounge zala giriş zamanı tək və ya qonaqla birlikdə keçmək istədiyinizi bildirin və ya POS-terminalda seçim edin.
ABB-AZAL Miles kart sahibisinizsə, bu xidmətlərdən dərhal yararlanmaq mümkündür. Əgər kart sahibi deyilsinizsə, elə indi kartı sifariş edin, xidmətlərdən istifadə etməyə başlayın.