Geri qayıtmaq

ABB-AZAL Miles kartlarından bayram təklifləri

ABB-AZAL Miles kartlarından bayram təklifləri

17-19 mart tarixlərində ABB-AZAL Miles kartı sifariş edən müştərilər eksklüziv üstünlüklərdən faydalanacaqlar!

Bu müddət ərzində:

ABB-AZAL Miles Visa Platinum və ya Mastercard World Black Edition kartlarını əldə edən müştərilər 4500 mil “Xoşgəldin mili” qazanacaqlar. Bu, İstanbul uçuş biletinin 50%-nə bərabərdir və heç bir əlavə dövriyyə şərti tələb olunmur!

ABB-AZAL Miles Visa Infinite və ya Mastercard World Elite kartlarını əldə etmək istəyən müştərilər isə 50% endirim qazanaraq bu premium kartları 1000 AZN əvəzinə, 500 AZN-ə əldə edə biləcəklər.

ABB-AZAL Miles kartlarının üstünlükləri:

  • 5 il ərzində limitsiz mil qazanmaq imkanı;
  • Qazanılan milləri 36 ay ərzində AZAL ilə uçuşlarda istifadə etmək imkanı;
  • Dünyanın bir çox hava limanlarında pulsuz transfer xidməti;
  • “Fast Track” keçidləri və Lounge zallarına ödənişsiz giriş;
  • Heydər Əliyev Beynəlxalq Aeroportunda VIP xidmətlər;
  • Səyahət zamanı pulsuz rouminq xidməti;
  • Duty-free mağazalarında, otel və restoranlarda xüsusi endirimlər;
  • Səyahət sığortası və viza dəstəyi.

ABB-AZAL Miles kartı ilə premium səyahət imkanlarından faydalanın, hər uçuşunuzu daha sərfəli edin!

Kartınızı elə indi ABB mobile tətbiqi, abb-bank.az vebsaytı və ya ABB filialları vasitəsilə sifariş edə bilərsiniz.

Xüsusi qeydlər:

  • İstanbul biletinin mil dəyəri bayramlar və xüsusi günlərdən asılı olaraq dəyişə bilər.
  • Kartların təhvil verilməsi qeyri-iş günlərinə təsadüf etdikdə bayramdan sonrakı iş günlərində müştəriyə çatdırılacaq.
ABB Mobile
YÜKLƏ