
1 iyun – 31 avqust 2025 tarixlərində istirahətinizi daha da komfortlu etmək üçün Beynəlxalq Fast Track, Lounge zonalara giriş və Sea Breeze girişlərində “1+1” kampaniyasını təqdim edirik. İstədiyiniz insanla birlikdə səyahət və istirahətdən zövq almağın indi tam zamanıdır.
Fast Track və Lounge zallara giriş
ABB-AZAL Miles Visa Platinum kartı ilə il ərzində 10 dəfə, ABB-AZAL Miles Visa Infinite kartı ilə isə limitsiz olaraq Lounge zallara daxil ola və ölkə xaricindəki hava limanlarında Fast Track xidmətindən yararlana bilərsiniz. Kampaniya müddətində bu xidmətdən sizinlə yanaşı 1 nəfər qonağınız da istifadə edə bilər. 2 yaşı tamamlanmamış uşaqlar üçün Beynəlxalq Fast Track və Lounge xidmətləri tamamilə pulsuzdur.
Sea Breeze-ə giriş
Yay aylarında ABB-AZAL Miles Visa Platinum kartı ilə 6 dəfə, ABB-AZAL Miles Visa Infinite kartı ilə isə 10 dəfə Sea Breeze ərazisinə (Grand Pool və əsas dənizkənarı zonaya) pulsuz giriş əldə edəcəksiniz. Kampaniya çərçivəsində isə sizi müşahidə edən 1 nəfər də sizinlə birgə “Sea Breeze”ə pulsuz giriş edə bilər. 10 yaşı tamamlanmamış övladınızın əraziyə sizinlə birgə girişi də ödənişsizdir.
Fürsətlərdən necə yararlanmaq olar?
Beynəlxalq Fast Track 1+1 xidmətindən istifadə üçün:
Visa Telegram çatbotunda “Visa Travel” → “Airport Services” bölməsinə keçin. “Fast Track International” seçin, kartınızı seçin. Xidmətdən tək istifadə üçün “Yalnız mənim üçün”, qonaqla birlikdə keçmək üçün “+1 qonaq” düyməsini klikləyin və QR kodu əldə edib istifadə zamanı təqdim edin. Fast Track xidmətindən yalnız xarici (beynəlxalq) hava limanlarında istifadə etmək mümkündür. Kartı əldə etdikdən dərhal sonra xidmətlərdən dərhal istifadə edə bilərsiniz.
Lounge zallar 1+1 xidmətindən istifadə üçün:
Visa Telegram çatbotunda “Visa Travel” → “Airport Services” → “Airport Lounges” bölməsinə keçin. QR kodu əldə edin və Lounge zala giriş zamanı tək, yoxsa qonaqla birlikdə keçmək istədiyinizi bildirin və ya POS-terminalda seçim edin.
Sea Breeze 1+1 xidmətindən istifadə üçün:
Visa Telegram çatbotunda “Sea Breeze” → “Access to tickets” → “Tickets to Sea Breeze main zone” bölməsinə daxil olun. Tək keçid üçün “Yalnız mənim üçün”, qonaqla birlikdə keçid üçün “+1 qonaq” düyməsini klikləyin və QR kodu əldə edib istifadə zamanı təqdim edin. QR kod Sea Breeze-in əsas zonasına – çimərlik və iki böyük hovuza giriş imkanı verir.
ABB-AZAL Miles Visa kart sahibisinizsə, bu xidmətlərdən kampaniya ərzində kartı əldə edən kimi dərhal yararlanmaq mümkündür. Əgər kart sahibi deyilsinizsə, elə indi kartı sifariş edin, xidmətlərdən istifadə etməyə başlayın.