Geri qayıtmaq

“ABB” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının nəzərinə!

Hörmətli səhmdar!

 

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - “ABB” ASC) İdarə Heyəti Sizin nəzərinizə çatdırır ki, 20.05.2024-cü il tarixində keçirilməsi planlaşdırılan səhmdarlarının növbəti ümumi yığıncağı 27.05.2024-cü il tarixində saat 1500-da Bakı şəhəri, Nizami küçəsi 67 ünvanında, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-3.2-ci maddəsinə və “ABB” ASC-nin Nizamnaməsinin 8.10-cu maddəsinə əsasən qiyabi səsvermə qaydasında keçiriləcəkdir.

Ümumi yığıncağın gündəliyində dəyişiklik edilməmişdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-3.2-ci maddəsini və “ABB” ASC-nin Nizamnaməsinin 8.10-ci bəndini nəzərə alaraq qeyd edirik ki, ümumi yığıncağın gündəliyində olan məsələlərə münasibətinizi dəqiq və şərtsiz bildirmək (lehinə, əleyhinə, bitərəf) və imzanız qanunvericilikdə müəyyən edilmiş qaydada (notarial və s.) təsdiq edilmək, habelə şəxsiyyət vəsiqənizin surətini təqdim etmək şərti ilə sizə ünvanlanmış bülleten formasını dolduraraq qapalı zərfdə Bakı şəhəri, Nizami küçəsi 67 ünvanına 27.05.2024-cü il tarixədək göndərməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz.

Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan qaydada təqdim edilmiş zərflərin açılışı ümumi yığıncağın keçirildiyi gün Bankın korporativ katibi tərəfindən həyata keçiriləcəkdir. 

 

 “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin

  İdarə Heyəti

 

 

ABB Mobile
YÜKLƏ