TamKart kredit kartı sahibi olan müştərilərə gəlirlərinə əsasən artıra biləcəkləri maksimal limit haqda məlumat göndərilir.
Müştəri ona göndərilmiş, maksimal artıra biləcəyi limitə qədərki məbləğ qarşısına TAM yazmaqla limiti artıra bilər. Nümunə: TAM5000
Xeyr, mümkün deyil.
Sorğunuz qəbul edildikdən sonra müştəri belə məzmunda SMS alır: “Hormetli mushteri, Cari TamKart limitinizin artırılmasi ile bagli sorgunuz qebul edildi.” Gün ərzində limit artırılır və bu haqda SMS göndərilir.
SMS göndərildikdən sonra limit 24 saat ərzində nümunədə qeyd olunan formada maksimal təklif məbləğinədək düzgün cavab yazılmaqla artırıla bilər. 24 saatdan sonra təklif qüvvədən düşür.
Cari TamKart limitindən minimum 300 AZN-dən çox olduqda sorğu qəbul edilir. Nümunə: "Sizin ABB-de cari TamKart limitiniz 1000 AZN-dir. Artiq Banka gelmeden limitinizi 5000 AZN-dek artırmaq imkanı yaranıb! Bunun ucun istediyiniz yeni limiti TAM məbləğ formatinda yazib SMS-e cavab göndərin."
Limit minimal TAM1300 maksimal TAM5000 yazıla bilər.
Nümunə: TAM5000 - başqa simvollar yazmaq, yazılış ardıcıllığının pozulması uğursuz cəhd kimi qeydə alınır və sorğunuz qəbul edilmir.
Göndərilən təklif SMS-ində cari TamKart limiti və maksimal artırıla bilən limit yazılmış olur. Bu zaman cavabı yalnız cari limitdən 300 AZN artımla maksimal limitə qədər məbləğ qarşısına TAM yazmaqla göndərmək lazımdır.
Bankın təklif sorğusuna uğursuz cəhdlərin sayı limiti keçdikdən sonra limitin onlayn artırılması mümkün olmur. Yalnız TamKart aldığınız filiala yaxınlaşmaqla limitinizi artırmaq üçün müraciət edə bilərsiniz.