
Beynəlxalq Qadınlar Günündə ABB qadın müştəriləri üçün xüsusi fürsət təqdim edir. 05.03.2025-04.04.2025 tarixləri arasında DigiHesab Max hesabı açan qadınlar illik 6% standart gəlir ilə yanaşı 30 gün ərzində əlavə 2% keşbek əldə edəcəklər.
Sizi nə gözləyir?
- İllik 6% standart gəlir
- 30 gün ərzində illik 2% ilə hesablanmış keşbek
Necə yararlanmaq olar?
- 5 mart – 4 aprel tarixləri aralığında DigiHesab Max hesabı açın;
- 30 gün ərzində illik 8% gəlir əldə edin;
- Hesabınıza minimum 200 AZN vəsait əlavə edin və qazancınızı artırın.
Şərtlər:
- Kampaniya yalnız yeni DigiHesab Max hesabı açan qadın müştərilər üçün keçərlidir;
- İllik 2% keşbek, hesab açıldıqdan sonra 30 təqvim günü ərzində hesablanacaq
- Keşbek məbləği hər günün sonunda balansda olan qalıq vəsaitə əsasən hesablanacaq;
- Bir neçə hesab açan müştərilərə yalnız ilk hesab üçün keşbek hesablanacaq;
- İlk hesab açılan gündə bir neçə hesab açılıbsa, hər bir hesaba keşbek qaytarılacaq.
- Hesablanmış keşbek məbləği 30 gün tamamlandıqdan sonra 1 ay ərzində ödəniləcək.
Bu fürsəti qaçırmayın, ABB ilə qazancınızı artırın!