Geri qayıtmaq

50 AZN və üzəri ödənişlərdə 5 AZN keşbek!

ÜMUMİ MƏLUMAT:

16 may –16 iyun tarixlərdə ABB kartınızla ABB mobile-da kommunal, internet, mobil və TV kateqoriyaları üzrə toplamda 50 AZN və üzəri ödəniş etdikdə, 5 AZN keşbek qazanacaqsınız.

Qeyd: Qeyd edilən şərtləri yerinə yetirən ilk 9 min müştəri qalib sayılacaq.

KAMPANİYA KİMLƏRƏ AİDDİR:

Kampaniya SMS/Push/Sizə özəl mətnində kampaniya ilə bağlı məlumat alan şəxslərə aid edilir. Digər bank kartları və ƏDV geri al kartları ilə edilən əməliyyatlar kampaniyaya aid edilmir. Kampaniyadan hər bir müştəri yalnız bir dəfə yararlana bilər.

QOŞULMA:

  • Qoşulmaq üçün ABB kartınızla ABB mobil-da Kommunal, İnternet, Mobil və ya TV kateqoriyalarının biri və bir neçəsi üzrə ödənişlərinizin cəmi 50 AZN və üzəri olmalıdır.

Nümunə 1: 20 AZN kommunal, 15 AZN internet, 5 AZN mobil, 10 AZN TV kateqoriyası üzrə ödəniş etsəniz, kampaniyada iştirak etmiş olacaqsız.

Nümunə 2: Kommunal üzrə ümumi 50 AZN ödəniş etsəniz kampaniyada iştirak etmiş olacaqsız. Bu həmçinin şərtlərdə qeyd edilmiş digər kateqoriyalar üzrə də keçərlidir.

ƏLAVƏ MƏLUMAT:

  • Qazanılmış keşbek məbləğləri müştərilərin kart balanslarına kampaniya bitdikdən sonra 15 iş günü ərzində köçürüləcək.
  • Kampaniyadan qazanılacaq maksimal keşbek 5 AZN təşkil edir.
  • Əgər SMS/Sizə özəl mətnində qeyd edilən şəxs deyilsinizsə və ya şəxsi məlumatlarınız bank sistemində səhv qeyd edilibsə, bankla əlaqə saxlayaraq məlumatlarınızda düzəliş etdirə bilərsiniz. Bu şəkildə bankda olan yeniliklərdən və sizə özəl kampaniyalardan xəbərdar ola biləcəksiniz.
  • Xarici valyutada edilən əməliyyat (lar) üzrə bankın hesablama gününə olan məzənnəsinə əsasən, AZN ekvivalenti nəzərə alınacaq.
  • Ləğv edilmiş əməliyyatlar üzrə keşbek hesablanmayacaq.
ABB Mobile
YÜKLƏ