Back

ABB Naxçıvan sahibkarları üçün güzəştli kredit imkanları yaradır

07.08.2023

Sahibkarların etibarlı tərəfdaşı olan ABB maliyyə resurslarının ölkəmizin bütün regionlarında iş adamları üçün əlçatan olması üçün ardıcıl tədbirlər həyata keçirir. ABB ilə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Əməkdaşlıq çərçivəsində yerli sahibkarlara bizneslərini inkişaf etdirmək üçün güzəştli kreditlər veriləcək.

ABB-nin nümayəndə heyətinin Muxtar Respublikaya səfəri zamanı Naxçıvan Biznes Mərkəzində görüş keçirilib. Bölgədə biznesin inkişafı üçün birgə fəaliyyət imkanları dəyərləndirilib. ABB təmsilçiləri Biznes Mərkəzində yerli istehsal məhsullarının sərgisi ilə də tanış olublar. 

Bankın korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərli qeyd edib ki, ABB-nin Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlığı regionda real sektorun inkişafına töhfə verəcək: “Yerli sahibkarların maliyyə resurslarına çıxış imkanları genişlənəcək. Onlar güzəştli şərtlərlə kreditlər əldə edəcəklər. Naxçıvanda fəaliyyət göstərən iş adamları ABB-nin Naxçıvan filialına müraciət edərək bu imkanlardan faydalana bilərlər”. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ