Back

ABB-nin Siyəzən şöbəsi yeni konseptdə müştərilərin istifadəsinə verildi

ABB-nin Siyəzən şöbəsi yeni konseptdə müştərilərin  istifadəsinə verildi

ABB filialları ilə yanaşı, şöbələrinin də Bankın yeni inkişaf konseptinə uyğun qurulmasını davam etdirir. Bankın yenilənmiş Siyəzən şöbəsi müştərilərin istifadəsinə verilib. Şöbə Siyəzən şəhəri, Babək küçəsində fəaliyyət göstərir.

Burada müştərilərə ən yüksək səviyyədə xidmət üçün hər cür şərait təmin olunub. Fərdi və korporativ müştərilər Siyəzən şöbəsində kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi çeşidli xidmətlərdən faydalana bilərlər.

ABB-nin İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev bu prosesin Bankın brend kimliyinin yenilənməsinə, müştərilərin rahatlığına, filial və şöbələrdə gözləmə müddətinin azalmasına xidmət etdiyini bildirib: “Ümidvarıq ki, Siyəzən şöbəmiz də yaratdığı imkanlarla regionun inkişafı üçün faydalı olacaq”.  

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ