“QayğıCash” klubu nədir?
“QayğıCash” ABB-nin öz müştərilərinin qayğısına qalaraq tətbiq etdiyi “CashBack” layihəsidir.
“QayğıCash” klubu müştərilərə hansı imkanları yaradır?
“QayğıCash” xərcləri gəlirə çevirir. ABB ilə tərəfdaş məkanlarda xərclədikləri vəsaitin 20%-ə qədər hissəsi dərhal müştərilərin kart hesabına qayıdır.
“QayğıCash” klubunun imtiyazlarından kimlər faydalana bilər?
Bankın əmək haqqı, pensiya, eləcə də başqa debet və kredit kartları ilə (American Express Gold və Platinum kartları istisna olmaqla) bankla tərəfdaş olan ticarət və xidmət məkanlarında ABB-nin POS terminalları ilə ödəniş edən bütün müştərilər.
“QayğıCash” klubuna qoşulmaq üçün qeydiyyatdan keçmək lazımdırmı?
Bankın kart sahibləri heç bir qeydiyyatsız, avtomatik olaraq layihəyə qoşulmuş sayılırlar. Sadəcə olaraq tərəfdaş məkanlarda alış–veriş zamanı ödənişi bankın kartları ilə və ABB-yə məxsus POS terminallarla aparmaq kifayətdir.
Kart hesabına qayıdan vəsaitlər barədə məlumatı necə əldə etmək olar?
“SMS xəbərdarlıq” xidməti və ya “ABB mobile” mobil əlavəsi vasitəsilə.
* Məhsul və kampaniyalardan asılı olaraq Cashback şərtləri dəyişə bilər.