Çox funksiyalı taksit kartı
1. ABB mobile tətbiqinə daxil olun.
2. Ana ekrandan kreditlər bölməsinə keçin, TamKart kredit kartınızın göründüyü bölməni seçin.
3. Açılan pəncərədə “Köçürmə et” xanasına klikləyin.
4. Açılan pəncərədə “Kartlarım və hesablarım arasında” bölməsinə keçin.
5. Açılan pəncərədəki “Göndərən” xanasından ödənişi edəcəyiniz kartı, “Alan” xanasından isə borcunuz olan TamKartı seçib, məbləğ xanasına ödəyəcəyiniz məbləği yazın və “Köçürmə et” düyməsinə klikləyin.
6. Növbəti pəncərədə ödəyəcəyiniz məbləğ və kreditlə bağlı görünən məlumatların dəqiqliyinə əminsinizsə,“Təsdiq et” düyməsini seçin.
1. Əsas ekranda “Bank xidmətləri” bölməsinə daxil olun.
2. Açılan pəncərədəki banklar siyahısından ABB-ni seçin.
3. “Fiziki şəxslər karta mədaxil” bölməsinə keçin.
4. “Kart nömrəsi ilə”, “Müştəri kodu və FİN kod”, yaxud “Hesab nömrəsi və FİN kod” adlı ödəniş üsullarından Sizə uyğun olanını seçib üzərinə klikləyin.
4.1 Ödəniş üsullarından “Kart nömrəsi ilə” ödəniş üsulunu seçmisinizsə:
4.1.1 Açılan pəncərədə “Kart nömrəsi” yazılan bölməyə 16 rəqəmli kart nömrənizi daxil edib “İrəli” düyməsini klikləyin.
4.1.2 Ödəyəcəyiniz kredit haqqında ekranda görünən məlumatların düzgünlüyünə əminsinizsə, “İrəli” düyməsini seçin.
4.1.3 Ödəyəcəyiniz məbləği daxil edin. Hər məbləğ daxil edildikcə ekranda həmin məbləğ görünəcək. Məbləği daxil etdikdən sonra “Ödə” düyməsinə seçin.
4.2 Ödəniş üsullarından “Müştəri kodu və FİN kod” ödəniş üsulunu seçmisinizsə:
4.2.1 Açılan pəncərədə “Müştəri nömrəsi” yazılan bölməyə 7 rəqəmli müştəri kodunuzu daxil edin, “FİN kod” yazılan xanaya isə şəxsiyyət vəsiqənizin 7 rəqəmli unikal kodunu daxil edin və “İrəli” düyməsini klikləyin.
4.2.2 Kart məlumatlarınız əks olunduqda hansı kartınıza ödəniş həyata keçirmək istəyirsinizsə, həmin kart məlumatını seçib “İrəli” düyməsinə klikləyin.
4.2.3 Seçdiyiniz kartın tam məlumatları əks olunacaq. Məlumatların düzgünlüyünə əminsinizsə, “İrəli” düyməsini seçin.
4.2.4 Ödəyəcəyiniz məbləği daxil edin, hər məbləğ daxil edildikcə ekranda həmin məbləğ görünəcək. Məbləği daxil etdikdən sonra “Ödə” düyməsinə klikləyin.
4.3 Ödəniş üsullarından “Hesab nömrəsi və FİN kod” ödəniş üsulunu seçmisinizsə:
4.3.1 Açılan pəncərədə “Hesab nömrəsi” yazılan xanaya 20 rəqəmli hesab nömrənizi daxil edin, “FİN kod” yazılan xanaya isə şəxsiyyət vəsiqənizin 7 rəqəmli unikal kodunu daxil edin və “İrəli” düyməsini klikləyin.
4.3.2 Kart məlumatlarınız əks olunduqda hansı kartınıza ödəniş həyata keçirmək istəyirsinizsə, həmin kart məlumatını seçib “İrəli” düyməsinə klikləyin.
4.3.3 Seçdiyiniz kartın tam məlumatları əks edildikdə məlumatların düzgünlüyünə əminsinizsə, “İrəli” düyməsini seçin.
4.3.4 Ödəyəcəyiniz məbləği daxil edin. Hər məbləğ daxil edildikcə ekranda həmin məbləğ görünəcək. Məbləği daxil etdikdən sonra “Ödə” düyməsinə klikləyin.
1. Əsas ekranda “Bank xidmətləri” bölməsinə daxil olun.
2. Açılan pəncərədəki banklar siyahısından ABB-ni seçin.
3. Açılan pəncərədə "Fiziki şəxslər" xanasını seçdikdə:
3.2 Məlumatlarınızın düzgünlüyünə əmin olduqdan sonra “Bəli” düyməsinə klikləyin.
3.3 “Karta mədaxil” bölməsinə keçib “İrəli” düyməsini seçin.
3.4 Kart məlumatlarınız əks olunduqda hansı kartınıza ödəniş həyata keçirmək istəyirsinizsə, həmin kart məlumatını seçib “İrəli” düyməsinə klikləyin.
3.5 Ödəyəcəyiniz məbləği daxil edin. Hər məbləğ daxil edildikcə ekranda həmin məbləğ görünəcək. Məbləği daxil etdikdən sonra “İrəli” düyməsini seçin.
4. Açılan pəncərədə "Kart nömrəsi ilə ödəniş" xanasını seçdikdə:
4.1 “Kart nömrəsi” yazılan xanaya 16 rəqəmli kart nömrənizi daxil edin və “İrəli” düyməsini klikləyin.
4.2 Kart nömrənizin düzgünlüyünə əmin olduqdan sonra “Bəli” düyməsini seçin.
4.3 Kart məlumatlarınız əks olunduqda həmin məlumatların düzgünlüyünə əminsinizsə, “İrəli” düyməsini seçin.
4.4 Ödəyəcəyiniz məbləği daxil edin. Hər məbləğ daxil edildikcə ekranda həmin məbləğ görünəcək. Məbləği daxil etdikdən sonra “İrəli” düyməsinə klikləyin.